Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ombudsman Aparatının əməkdaşları başçəkmələr həyata keçiriblər
    Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən Müvəkkilin İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına və Daxili İşlər Nazirliyinin Xəzər Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, başçəkmədə məqsəd rəftar və saxlanma şəraitinin araşdırılması olub. 3 saylı İstintaq Təcridxanasında saxlanılan bir neçə şəxslə görüş zamanı onlar rəftar və saxlanma şəraitindən şikayət etməyiblər. Təcridxananın kameralarına baxış keçirilib və müəyyən edilib ki, bir çox kameralarda təmir işləri aparılıb. Kameralar elektriklə işləyən radiatorlarla təmin edilib. Başçəkmə zamanı həmçinin məhkumlar üçün yeməkxanada hazırlanan yeməyin keyfiyyəti yoxlanılıb. Eyni zamanda təqsirləndirilən şəxslərin yaxınları və ailə üzvləri ilə əlaqə saxlamaları üçün nəzərdə tutulan telefon kabinələri hazır vəziyyətə gətirilib.

    Daha sonra MPM qrupunun üzvləri Xəzər Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində olub, orada saxlanılan 4 şəxslə təklikdə söhbət aparıb, onların saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış olub və onlara hüquqi məsləhətlər veriblər. Saxlanma şəraiti araşdırılarkən MPM qrupunun əvvəlki başçəkmələri zamanı verilən tövsiyələrin yerinə yetirildiyi müəyyən edilib. Hər iki başçəkmənin sonunda saxlanma yerinin rəislərinə şəraitlə əlaqədar tövsiyələr verilib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 517
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30