Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » AŞ-nin Monitorinq Komitəsində əksəriyyət Nazirlər Komitəsi ilə qeyri-rəsmi əməkdaşlığın tərəfdarıdır
15.11.12 01:26

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi Parisdə “Nazirlər Komitəsi ilə mütərəqqi əməkdaşlıq üçün mümkün vasitələr”ə dair Memorandumu müzakirə edib. Müzakirələrdə millət vəkili, AŞPA Monitorinq Komitəsinin üzvü Elxan Süleymanov iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, E.Süleymanov bildirib ki, Monitorinq Komitəsinin sədri, Estoniyadan olan cənab Andres Herkelin (EPP) rəhbərliyi ilə Katiblik tərəfindən hazırlanmış bu memorandum gələcəkdə hər dəfə Assambleyada monitorinq məruzələri müzakirə olunarkən qətnamə layihəsi ilə birgə sistemli tövsiyə layihəsinin təqdim edilməsini, beləliklə, məruzəni hazırda olduğundan daha ciddi və rəsmi etməyi təklif edib.“Assambleyanın tövsiyəsi Nazirlər Komitəsinin cavabını tələb edən qanuni vasitədir və bu gün monitorinq prosesindəki əksər ölkələr tərəfindən mübahisələr və rəsmi inamsızlıq yaradan icrası məcburi sənəd kimi mənfi qəbul edilir. Bu səbəbdən Sədrin belə ciddi və rəsmi yanaşmanı gücləndirən təklifi, çox güman ki, mövcud mənfi anlayış və inamsızlığı artırardı. Beləliklə, bir neçə Komitə üzvü tərəfindən tamamilə fərqli konsepsiya yaradan digər bir təklif irəli sürülüb. Nazirlər Komitəsi ilə gələcək əməkdaşlıq daha rəsmi deyil, əksinə, daha qeyri-rəsmi olmalıdır. Təklifdə deyilir ki, Monitorinq Komitəsinin və eləcə də Parlament Assambleyasının sədrləri təsdiqlənmiş qətnaməni birgə rəsmi məktubla Nazirlər Komitəsinə göndərir, həmməruzəçilərlə əməkdaşlıq şəraitində onun icrasını “izləməyi” xahiş edirlər. Belə bir qeyri-rəsmi və qeyri-icbari “Əməkdaşlıq Məktubu” yaxşı niyyətlər prinsipindən çıxş edir və müsbət təsirlər yaratmaq məqsədi daşıyır. Monitorinq Komitəsi iki saatdan çox bu məsələni müzakirə edib və hər iki mövqe ziddiyyət yaradıb. Sonda səsvermənin nəticəsi aydın olub: İştirak edən təxminən 40 üzvün böyük əksəriyyəti qeyri-rəsmi “Əməkdaşlıq Məktubu”nun lehinə səs verib, yalnız 4 nəfər Sədrin Memorandumunu dəstəkləyib.” Parisdə qəbul edilmiş bu qərardan sonra monitorinq altında olan ölkələrə dair Qətnamə icbari və mənfi rəsmi Tövsiyə ilə yox, yalnız qeyri-rəsmi “Əməkdaşlıq Məktubu” ilə müşayiət olunacaq. Bu gün Parisdə monitorinq aparılan üzv dövlətlər və Avropa Şurası arasında etibar və qarşılıqlı hörmət yaradılması istiqamətində böyük müsbət addım atıldı.
URL / WWW
http://kelam.az/article/a-7480.html