Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    AŞ-nin Monitorinq Komitəsində əksəriyyət Nazirlər Komitəsi ilə qeyri-rəsmi əməkdaşlığın tərəfdarıdır
    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi Parisdə “Nazirlər Komitəsi ilə mütərəqqi əməkdaşlıq üçün mümkün vasitələr”ə dair Memorandumu müzakirə edib. Müzakirələrdə millət vəkili, AŞPA Monitorinq Komitəsinin üzvü Elxan Süleymanov iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, E.Süleymanov bildirib ki, Monitorinq Komitəsinin sədri, Estoniyadan olan cənab Andres Herkelin (EPP) rəhbərliyi ilə Katiblik tərəfindən hazırlanmış bu memorandum gələcəkdə hər dəfə Assambleyada monitorinq məruzələri müzakirə olunarkən qətnamə layihəsi ilə birgə sistemli tövsiyə layihəsinin təqdim edilməsini, beləliklə, məruzəni hazırda olduğundan daha ciddi və rəsmi etməyi təklif edib.

    “Assambleyanın tövsiyəsi Nazirlər Komitəsinin cavabını tələb edən qanuni vasitədir və bu gün monitorinq prosesindəki əksər ölkələr tərəfindən mübahisələr və rəsmi inamsızlıq yaradan icrası məcburi sənəd kimi mənfi qəbul edilir. Bu səbəbdən Sədrin belə ciddi və rəsmi yanaşmanı gücləndirən təklifi, çox güman ki, mövcud mənfi anlayış və inamsızlığı artırardı. Beləliklə, bir neçə Komitə üzvü tərəfindən tamamilə fərqli konsepsiya yaradan digər bir təklif irəli sürülüb. Nazirlər Komitəsi ilə gələcək əməkdaşlıq daha rəsmi deyil, əksinə, daha qeyri-rəsmi olmalıdır. Təklifdə deyilir ki, Monitorinq Komitəsinin və eləcə də Parlament Assambleyasının sədrləri təsdiqlənmiş qətnaməni birgə rəsmi məktubla Nazirlər Komitəsinə göndərir, həmməruzəçilərlə əməkdaşlıq şəraitində onun icrasını “izləməyi” xahiş edirlər. Belə bir qeyri-rəsmi və qeyri-icbari “Əməkdaşlıq Məktubu” yaxşı niyyətlər prinsipindən çıxş edir və müsbət təsirlər yaratmaq məqsədi daşıyır. Monitorinq Komitəsi iki saatdan çox bu məsələni müzakirə edib və hər iki mövqe ziddiyyət yaradıb. Sonda səsvermənin nəticəsi aydın olub: İştirak edən təxminən 40 üzvün böyük əksəriyyəti qeyri-rəsmi “Əməkdaşlıq Məktubu”nun lehinə səs verib, yalnız 4 nəfər Sədrin Memorandumunu dəstəkləyib.” Parisdə qəbul edilmiş bu qərardan sonra monitorinq altında olan ölkələrə dair Qətnamə icbari və mənfi rəsmi Tövsiyə ilə yox, yalnız qeyri-rəsmi “Əməkdaşlıq Məktubu” ilə müşayiət olunacaq. Bu gün Parisdə monitorinq aparılan üzv dövlətlər və Avropa Şurası arasında etibar və qarşılıqlı hörmət yaradılması istiqamətində böyük müsbət addım atıldı.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 435
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30