Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Avropanın gənc alimləri Azərbaycana toplaşacaq
30.10.12 15:24

Gələn ilin may-iyun aylarında Avropa Gənc Alimlərinin Bakı Forumunun  keçirilməsi nəzərdə tutulub. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Oruov deyib.

İ.Orucov bildirib ki, cari il noyabr ayının sonunda bir qrup nümayəndə heyətinin Avropa Gənc Alimlər Şurasının Brüsseldə yerləşən ofisinə səfəri olacaq. Onun sözlərinə görə, səfərdə məqsəd forumun vaxtını dəqiqləşdirmək, proqramını müzakirə etmək, tədbirin formatını razılaşdırmaqdan ibarətdir. Hazırda proqramın layihəsi üzərində iş aparıldığını açıqlayan İ.Orucov qeyd edib ki, belə böyük tədbirə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin elmi və gənc alimləri üçün mühüm əhəmiyyət kəsb edəcək. İ.Orucov vurğulayıb ki, tədbirdə müxtəlif elmi istiqamətlər üzrə gənc alimlərin əməkdaşlığının qurulması, elmlərarası əlaqələrin yaradılması, Azərbaycan elminin dünyaya inteqrasiyası, vahid Avropa elmi məkanının formalaşdırılması və digər məsələlər müzakirə olunacaq. Bu forum Azərbaycanın tanıdılması üçün də müsbət addımdır.  Onun sözlərinə görə, forum həmçinin mədəni bir tədbir olacaq: “Avropanın müxtəlif ölkələrindən Azərbaycana gənc alimlər gələcəklər. Avropa Gənc Alimlər Şurası 35 Avropa ölkəsini birləşdirir. Onların ölkəmizə gəlməsi Azərbaycan elminin, həqiqətlərinin və mədəniyyətinin dünyada tanıdılması üçün də bir fürsət olacaq” deyən İ.Orucov əlavə edib ki, Avropadan gələn gənc alimlərin Azərbaycanın görməli yerləri, qədim yaşayış məskənləri, tarixi abidələri, həmçinin Qubadakı soyqırımı məzarlığına səfərlərinin təşkil edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, forum Gənclərin İntellektual İnkişaf Mərkəzi, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşəbbüsü,  AMEA, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşacaq.
URL / WWW
http://kelam.az/article/a-7382.html