Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Avropanın gənc alimləri Azərbaycana toplaşacaq
    Gələn ilin may-iyun aylarında Avropa Gənc Alimlərinin Bakı Forumunun  keçirilməsi nəzərdə tutulub. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Oruov deyib.

    İ.Orucov bildirib ki, cari il noyabr ayının sonunda bir qrup nümayəndə heyətinin Avropa Gənc Alimlər Şurasının Brüsseldə yerləşən ofisinə səfəri olacaq. Onun sözlərinə görə, səfərdə məqsəd forumun vaxtını dəqiqləşdirmək, proqramını müzakirə etmək, tədbirin formatını razılaşdırmaqdan ibarətdir. Hazırda proqramın layihəsi üzərində iş aparıldığını açıqlayan İ.Orucov qeyd edib ki, belə böyük tədbirə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin elmi və gənc alimləri üçün mühüm əhəmiyyət kəsb edəcək. İ.Orucov vurğulayıb ki, tədbirdə müxtəlif elmi istiqamətlər üzrə gənc alimlərin əməkdaşlığının qurulması, elmlərarası əlaqələrin yaradılması, Azərbaycan elminin dünyaya inteqrasiyası, vahid Avropa elmi məkanının formalaşdırılması və digər məsələlər müzakirə olunacaq. Bu forum Azərbaycanın tanıdılması üçün də müsbət addımdır. 

    Onun sözlərinə görə, forum həmçinin mədəni bir tədbir olacaq: “Avropanın müxtəlif ölkələrindən Azərbaycana gənc alimlər gələcəklər. Avropa Gənc Alimlər Şurası 35 Avropa ölkəsini birləşdirir. Onların ölkəmizə gəlməsi Azərbaycan elminin, həqiqətlərinin və mədəniyyətinin dünyada tanıdılması üçün də bir fürsət olacaq” deyən İ.Orucov əlavə edib ki, Avropadan gələn gənc alimlərin Azərbaycanın görməli yerləri, qədim yaşayış məskənləri, tarixi abidələri, həmçinin Qubadakı soyqırımı məzarlığına səfərlərinin təşkil edilməsi nəzərdə tutulub.
    Qeyd edək ki, forum Gənclərin İntellektual İnkişaf Mərkəzi, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşəbbüsü,  AMEA, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşacaq.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 605
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30