Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » M.Abbaszadə: “Buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsini dəstəkləyirik”
04.02.10 03:23

Bu gün Bakı şəhərində yerləşən 1 saylı orta məktəbdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sonuncu müşavirəsi keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov qeyd etdi ki, 400-dən artıq müəllim və pedaqoji rəhbərliyin iştirak etdiyi yığıncaqda ötən ilin tələbə qəbulu, həmçinin təhsillə bağlı yekunlar, gələcəkdə qarşıda duran vəzifələr müzakirə olunacaq. Son illər Azərbaycanda təhsil sahəsində islahatların aparıldığını və bu sahədə inkişafın olduğunu diqqətə çatdıran M.Mərdanov təəssüflə bildirdi ki, bəziləri təhsilin səviyyəsinin son bir ildə kəskin aşağı düşdüyünü iddia edirlər. Bunula razılaşmayan nazir qeyd etdi ki, təhsil elə bir sahədir ki, onun səviyyəsinin bir ildə kəskin aşağı düşməsi qeyri-mümkündür. O, bu sahədə irəliyə doğru atılan addımlarda TQDK ilə birgə işlər aparmağın zəruri olduğunu vurğuladı. TQDK sədri Məleykə Abbaszadə isə bildirdi ki, təhsilin nəticəsindən danışanda orta məktəb məzunlarının bilik səviyyəsini əsas götürürlər. Orta məktəblərin buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsinə toxunan M.Abbaszadə bildirdi ki, ötən il keçirilən imtahanda şagirdlərin 22 faizi atestat ala bilməyib. Bunu normal hal kimi dəyərləndirən komissiya sədri mərkəzləşdirilmiş qaydada keçirilən imtahanları dəstəklədiklərini qeyd etdi. Atestat alan şagirdlərin 20 faizinin ali məktəblərin qəbul imtahanlarında iştirak etmədiklərini diqqətə çatdıran M.Abbaszadə imtahanda iştirak edənlərdən 30 faizinin isə müsabiqəyə buraxılmadığını söylədi. İqtisadiyyat, təhsil və elmin inkişafı bir-birindən asılı olduğunu vurğulayan TQDK sədri əlavə etdi ki, qloballaşma dövründə baş verən proseslər və sürətli inkişaf təhsil sahəsində çalışanları da düşünməyə vadar edir. Onun sözlərinə görə, biliklərə əsaslanan iqtisadiyyatın formalaşmasında təhsilin mühüm rolu var. Xatırladaq ki, bundan əvvəl TQDK ölkənin bir sıra regionlarında da zona müşavirəsi keçirib.
URL / WWW
http://kelam.az/article/a-734.html