Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    M.Abbaszadə: “Buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsini dəstəkləyirik”
    Bu gün Bakı şəhərində yerləşən 1 saylı orta məktəbdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sonuncu müşavirəsi keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov qeyd etdi ki, 400-dən artıq müəllim və pedaqoji rəhbərliyin iştirak etdiyi yığıncaqda ötən ilin tələbə qəbulu, həmçinin təhsillə bağlı yekunlar, gələcəkdə qarşıda duran vəzifələr müzakirə olunacaq. Son illər Azərbaycanda təhsil sahəsində islahatların aparıldığını və bu sahədə inkişafın olduğunu diqqətə çatdıran M.Mərdanov təəssüflə bildirdi ki, bəziləri təhsilin səviyyəsinin son bir ildə kəskin aşağı düşdüyünü iddia edirlər. Bunula razılaşmayan nazir qeyd etdi ki, təhsil elə bir sahədir ki, onun səviyyəsinin bir ildə kəskin aşağı düşməsi qeyri-mümkündür. O, bu sahədə irəliyə doğru atılan addımlarda TQDK ilə birgə işlər aparmağın zəruri olduğunu vurğuladı.

    TQDK sədri Məleykə Abbaszadə isə bildirdi ki, təhsilin nəticəsindən danışanda orta məktəb məzunlarının bilik səviyyəsini əsas götürürlər. Orta məktəblərin buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsinə toxunan M.Abbaszadə bildirdi ki, ötən il keçirilən imtahanda şagirdlərin 22 faizi atestat ala bilməyib. Bunu normal hal kimi dəyərləndirən komissiya sədri mərkəzləşdirilmiş qaydada keçirilən imtahanları dəstəklədiklərini qeyd etdi. Atestat alan şagirdlərin 20 faizinin ali məktəblərin qəbul imtahanlarında iştirak etmədiklərini diqqətə çatdıran M.Abbaszadə imtahanda iştirak edənlərdən 30 faizinin isə müsabiqəyə buraxılmadığını söylədi. İqtisadiyyat, təhsil və elmin inkişafı bir-birindən asılı olduğunu vurğulayan TQDK sədri əlavə etdi ki, qloballaşma dövründə baş verən proseslər və sürətli inkişaf təhsil sahəsində çalışanları da düşünməyə vadar edir. Onun sözlərinə görə, biliklərə əsaslanan iqtisadiyyatın formalaşmasında təhsilin mühüm rolu var. Xatırladaq ki, bundan əvvəl TQDK ölkənin bir sıra regionlarında da zona müşavirəsi keçirib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 548
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30