Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Mişel Obama: “Seçki gününü gözləyə bilmədim. Səni sevirəm”
16.10.12 20:15

ABŞ-ın birinci xanımı Mişel Obama vaxtından əvvəl qarşıdan gələn prezident seçkilərində əri Barak Obamaya səs verib. Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb. “Mən bu saat poçt qutusuna bülleteni atdım - seçki gününü gözləyə bilmədim. Səni sevirəm” - deyə mikrobloqunda ərinə müraciətində yazıb. ABŞ prezidenti Barak Obama da vaxtından əvvəl, daha dəqiq desək, oktyabrın 25-də səs verəcəyini bəyan edib. O, amerikalıları onun kimi hərəkət etməyə çağırıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, vaxtından əvvəl keçirilən səsvermə sentyabrın 27-də başlayıb. 50 ştatdan 34-də seçicilər məntəqələrə gəlib şəxsən seçkidə iştirak edə bilərlər, 28 ştatda isə bülletenləri poçtla göndərə bilərlər. Seçkilər noyabrın 6-da keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-7331.html