Mişel Obama: “Seçki gününü gözləyə bilmədim. Səni sevirəm”
ABŞ-ın birinci xanımı Mişel Obama vaxtından əvvəl qarşıdan gələn prezident seçkilərində əri Barak Obamaya səs verib. Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb. “Mən bu saat poçt qutusuna bülleteni atdım - seçki gününü gözləyə bilmədim. Səni sevirəm” - deyə mikrobloqunda ərinə müraciətində yazıb.
ABŞ prezidenti Barak Obama da vaxtından əvvəl, daha dəqiq desək, oktyabrın 25-də səs verəcəyini bəyan edib. O, amerikalıları onun kimi hərəkət etməyə çağırıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, vaxtından əvvəl keçirilən səsvermə sentyabrın 27-də başlayıb. 50 ştatdan 34-də seçicilər məntəqələrə gəlib şəxsən seçkidə iştirak edə bilərlər, 28 ştatda isə bülletenləri poçtla göndərə bilərlər.
Seçkilər noyabrın 6-da keçiriləcək.