Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » QHT-lər prezidentə müraciət etdilər
16.10.12 15:37

Bir qrup QHT rəhbəri ölkə prezidentinə müraciət ünvanlayıb. “KƏLAMİNFO”nun məlumatına görə, dövlət başçısının Azərbaycan Respublikası vətəndaşlarının maraq və mənafelərinin təmin edilməsinə yönələn 13 iyul və 5 sentyabr 2012-ci il tarixli fərmanlarını tam dəstəklədiklərini ifadə edən QHT rəhbərləri islahat aparılması zərurəti yüksək olan daha bir sahə haqda məlumat veriblər. Bu da nəqliyyat vasitələrinin dövlət texniki baxışdan keçmə sistemidir: “Qeyd edək ki, bu sahədə son illər texniki yeniləşmə və təminat istiqamətində müsbət dəyişiklikləri görmək mümkündür. Belə ki, hazırda dövlət texniki baxışı zamanı avtomobillər yeni müasir avadanlıqla yoxlanılır. Lakin xüsusilə də Bakı şəhərində bu sistemin mərkəzləşdirilmiş qaydada təşkili, texniki baxış müddətinin azlığı və avtomobillərin sayının ildən-ilə artması son nəticədə uzun növbələrin yaranmasına, idarəetmə sahəsindəki şəffaflığın azlığı, hesabatlılığın olmaması, mövcud prosedurların mürəkkəbliyi bütövlükdə bu işin təşkilində korrupsiya hallarının müşahidə olunması avtomobil sahiblərində xeyli narazılıq yaratmaqdadır. Ümumiyyətlə, demək olar ki, texniki baxış sistemi hələ ki köhnə sovet sistemini xatırladır. Bu səbəblərdən burada ciddi islahatlara böyük ehtiyac duyulur. Bu islahatlar arasında aşağıdakılar qeyd edilə bilər: Təzə abtomobillərin 3 il ərzində texniki baxışdan azad edilməsi. Məsələn, təzə avtomobillər Fransada, İspaniyada, Cənubi Koreyada, Rusiyada, Qazaxstanda 3 il, Almaniya, Böyük Britaniya, Yaponiya, Polşada isə 2 il müddətinə texniki baxışdan azad olunurlar; Texniki baxış sisteminin təşkili və idarəolunmasının dövlət inhisarından çıxarılması və bu sahənin özəl şirkətlərə (avtomobil istehsal edən şirkətlərin xüsusi sertifikatlarına malik olan) və avtomobillərə xidmət üzrə ixtisaslaşmış dilerlərə etibar edilməsi. Dünya təcrübəsi göstərir ki, bir çox ölkələrdə (Fransa, İspaniya, Almaniya, Böyük Britaniya, Yaponiya, Rusiya, Qazaxıstan, Cənubi Koreya, Polşa) texniki baxış özəl şirkətlər tərəfindən həyata keçirilir ki, bu da sağlam rəqabət mühitinin formalaşması və istehlakçıya daha keyfiyyətli xidmət göstərilməsini təmin edir. Eyni zamanda bu sahədəki mütərəqqi dəyişiklik ölkədə özəl sahibkarlığın da inkişafına təkan verəcək. Ümid edirik ki, bu vacib sahədə də yaxın zamanlarda islahatlara start veriləcək. Sizi əmin edirik ki, bu sahədə islahatlar yüz minlərlə avtomobil sahibinin arzusudur”. Müraciəti Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov, İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev və digər 25-ə yaxın nüfuzlu QHT-nin rəhbəri imzalayıb.
URL / WWW
http://kelam.az/article/a-7319.html