Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    QHT-lər prezidentə müraciət etdilər
    Bir qrup QHT rəhbəri ölkə prezidentinə müraciət ünvanlayıb. “KƏLAMİNFO”nun məlumatına görə, dövlət başçısının Azərbaycan Respublikası vətəndaşlarının maraq və mənafelərinin təmin edilməsinə yönələn 13 iyul və 5 sentyabr 2012-ci il tarixli fərmanlarını tam dəstəklədiklərini ifadə edən QHT rəhbərləri islahat aparılması zərurəti yüksək olan daha bir sahə haqda məlumat veriblər. Bu da nəqliyyat vasitələrinin dövlət texniki baxışdan keçmə sistemidir: “Qeyd edək ki, bu sahədə son illər texniki yeniləşmə və təminat istiqamətində müsbət dəyişiklikləri görmək mümkündür.

    Belə ki, hazırda dövlət texniki baxışı zamanı avtomobillər yeni müasir avadanlıqla yoxlanılır. Lakin xüsusilə də Bakı şəhərində bu sistemin mərkəzləşdirilmiş qaydada təşkili, texniki baxış müddətinin azlığı və avtomobillərin sayının ildən-ilə artması son nəticədə uzun növbələrin yaranmasına, idarəetmə sahəsindəki şəffaflığın azlığı, hesabatlılığın olmaması, mövcud prosedurların mürəkkəbliyi bütövlükdə bu işin təşkilində korrupsiya hallarının müşahidə olunması avtomobil sahiblərində xeyli narazılıq yaratmaqdadır. Ümumiyyətlə, demək olar ki, texniki baxış sistemi hələ ki köhnə sovet sistemini xatırladır. Bu səbəblərdən burada ciddi islahatlara böyük ehtiyac duyulur. Bu islahatlar arasında aşağıdakılar qeyd edilə bilər: Təzə abtomobillərin 3 il ərzində texniki baxışdan azad edilməsi. Məsələn, təzə avtomobillər Fransada, İspaniyada, Cənubi Koreyada, Rusiyada, Qazaxstanda 3 il, Almaniya, Böyük Britaniya, Yaponiya, Polşada isə 2 il müddətinə texniki baxışdan azad olunurlar; Texniki baxış sisteminin təşkili və idarəolunmasının dövlət inhisarından çıxarılması və bu sahənin özəl şirkətlərə (avtomobil istehsal edən şirkətlərin xüsusi sertifikatlarına malik olan) və avtomobillərə xidmət üzrə ixtisaslaşmış dilerlərə etibar edilməsi. Dünya təcrübəsi göstərir ki, bir çox ölkələrdə (Fransa, İspaniya, Almaniya, Böyük Britaniya, Yaponiya, Rusiya, Qazaxıstan, Cənubi Koreya, Polşa) texniki baxış özəl şirkətlər tərəfindən həyata keçirilir ki, bu da sağlam rəqabət mühitinin formalaşması və istehlakçıya daha keyfiyyətli xidmət göstərilməsini təmin edir. Eyni zamanda bu sahədəki mütərəqqi dəyişiklik ölkədə özəl sahibkarlığın da inkişafına təkan verəcək. Ümid edirik ki, bu vacib sahədə də yaxın zamanlarda islahatlara start veriləcək. Sizi əmin edirik ki, bu sahədə islahatlar yüz minlərlə avtomobil sahibinin arzusudur”. Müraciəti Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov, İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev və digər 25-ə yaxın nüfuzlu QHT-nin rəhbəri imzalayıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 403
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30