Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Gözəl olar
11.10.12 14:49

Vüsaldan əl çəkib hicrana tələs
Eşq yolu olanda dar gözəl olar

Eşqsiz, qəmzəsiz yarı neynirəm

İşvəli olanda yar, gözəl olar.

Saçları tökülsün çiyninə gur-gur

Dodaqları incə, gözləri məxmur

Boyu çinar ola bədəni billur

Üzündə də həya, ar gözəl olar.

Bir şadlıq gətirər bu qan könülə

Ağlayan bəbəklər zövqdən gülə

Təki yetişəsən o nazlı gülə

Əlinə batsa da xar, gözəl olar.

Aşiqin dar olar başına aləm

Bir günü xoş keçər bir günü matəm

Eşqə düşən bilməz cənnət, cəhənnəm

Ürəyində yansa nar gözəl olar.

Cavanlıq başqadır bal dadar zəhər

Xəyaldan seçilməz axşamla səhər

Qoca ağaclar da götürər bəhər

Amma tər fidanda bar, gözəl olar.

Mən Əziz Pünhanam duyun ay ellər

Sinəm laləzardır bitib al güllər

Cavanam nə olsun ağarıb tellər

Dağların başında qar gözəl olar.
          *** 


Hər sözdə, şəkildə ölçü vəzm var.

Təpə çıxarmazlar dağ qabağına

Ruhi olmalıdır elmi olanın

Ölü çıxarmazlar sağ qabağına.

Düzdür bu dünyada azdır səadət

Can rahat olmasa olmazsan rahat

Əgər halal-haram bilsə camaat

Daş çəpər olmazdı bağ qabağına.

Hisləri çəkirlər dara ürəklər

Özünə vururlar yara ürəklər

Rəngə düşməsəydi qara ürəklər

Qara yaxılmazdı ağ qabağına.

Cahillər elmdən danışmasalar

Allahın işinə qarışmasalar

Haqqı gizlətməyə çalışmasalar

Ot-alaq bitməzdi tağ qabağına.

Bu Əziz Pünhanın qəddin bükməyin

Nahaqqı danışıb ətin tökməyin

Namərd ayağına onu çəkməyin

Bülbül aparmazlar zağ qabağına.

  Şair Əziz Pünhan, dostu hörmətli akademik Xoşbəxt Yusifzadənin fəaliyyətlərindən ilhama gələrək yazdığı bu qəzəllə onu təbrik edir. Allah-Təaladan ona cansağlığı və uzun ömür arzulayır. 

Dəhrə az-az yaranır sən təki insan, Xoşbəxt.

Çünki bu ad da deyil hər kəsə ünvan, Xoşbəxt.

Bizi xoşbəxt eləyibdir sənə dost olmağımız,

Bizə rast etdi səni xoş ki, bu dövran, Xoşbəxt.

Ócalıq şənini insana Xuda bəxş eləyir,

Səni xoşbəxt yaradıb Xaliqi-Sübhan, Xoşbəxt.

Sənin haqqında neçə ali kəlam var deyilib,

Layiqindir bu qədər şöhrətilə şan, Xoşbəxt.

Sən bilirsən yerin altında dənizlərdə nə var,

Ólu Heydər bu sözü eyləyib ünvan, Xoşbəxt.

Neft Azərbaycanı, sən nefti tanıtdın bəşərə,

Kimsə yoxdur ki, sənə olmaya heyran, Xoşbəxt.

Bu cahanda hamıya bəllidir elmin, hünərin,

Millətə ad gətiribdir belə ad-san, Xoşbəxt.

Diqqətin olmadı kəm, seyid Əziz Pünhana çün,

O da qəlbində əzizlər səni hər an, Xoşbəxt.

Hörmətli akademik Vasim Məmmədəliyevin 70 illik yubileyi munasibəti ilə dostu Əziz Pünhan yazdığı bir qəzəli ilə onu təbrik edir, Allah-Təaladan ona cansağlığı və mənalı ömür arzulayır. 

Cahanda 70 ildir ömür edirsən ey cavan Vasim,

Bu azdır ya ki, çox eşq əhlinə yoxdur zaman Vasim.

Ôənanın qəmləri qoymaz görünsün hansıdır zirvən,

Óca dağ zirvəsin bu rəsmdir bağlar duman Vasim.

Bizə bir bəndə tək Allah verir hər şöhrətu cahi,

Cəhalət zəbt edən fani cahana yox güman Vasim.

Bəşərçün alim olmaq, ali bir yükdür çəkirsən sən,

Böyüklərçün qiyamətdə böyükdür imtahan Vasim.

Həyatın elmə həsr oldu gözündən keçdi dəryalar,

Qələm altında kağız tək sərildi bu cahan Vasim.

Təvazöyə nümunə sorsalar, əqlimdə bir sənsən,

Rəsulullah yolunda səndə də var bir nişan Vasim.

Gövhərbar nitqinə şahid olanlar huşdən getmiş,

Olur nitqində söz sübhün nəsimindən rəvan Vasim.

İlahi eşqinə ömrü fəda etdin, fədakarsan

Olur dostun üzü ağ, düşmənin də bağru qan Vasim.

Əziz Pünhan həqir bir şer ilə təbrikə gəlmişdir,

Qoy olsun həm sənə, həm tarixə bir ərmağan Vasim.

Əziz PÜNHAN
URL / WWW
http://kelam.az/article/a-7270.html