Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Yaxşıdır
11.10.12 14:49

Ey insan silahı dosta yönəltmə
Düşmənə çalasan zəfər, yaxşıdır.

Dost ilə düşmənin həddini tanı

Arada məsafə qədər, yaxşıdır.

Sözünə sahib ol həddən keçəndə

İçində fikirləş ölçüb biçəndə

Əyri olanları düzdən seçəndə

Vicdana salasan nəzər yaxşıdır.

Zamanın vaxtı var gecikən deyil

Gün üstə gün gələr, il üstünə il.

Zamanı bilməkçün öz qədrini bil

Vaxtı itirməsən hədər yaxşıdır.

Üstündə gəzdirmə qəmin aləmin

Səndən inciməsin könül həmdəmin

Könül həmdəminə aç söylə qəmin

Dərdini eyləsən xəbər yaxşıdır.

Óyma qaranlığın sərinliyinə

Düşmə gözü bağlı dərinliyinə

Aldanma dünyanın şirinliyinə

Belə şərbətdənsə zəhər yaxşıdır.

Nədir şikayətlə yanmaq alışmaq

Havasına uyub sözlə yarışmaq

Küləklə məhv olar boş-boş danışmaq

Yazılsa bir gözəl əsər yaxşıdır.

Əziz Pünhan, ömrün olmadı hədər

Tutdu hörmətini həm kənd, həm şəhər

Kür araza desən quruyub gedər

Yenə dərd deməyə xəzər yaxşıdır.
URL / WWW
http://kelam.az/article/a-7268.html