Dost ilə düşmənin həddini tanıArada məsafə qədər, yaxşıdır. Sözünə sahib ol həddən keçəndəİçində fikirləş ölçüb biçəndəƏyri olanları düzdən seçəndəVicdana salasan nəzər yaxşıdır. Zamanın vaxtı var gecikən deyilGün üstə gün gələr, il üstünə il.Zamanı bilməkçün öz qədrini bilVaxtı itirməsən hədər yaxşıdır. Üstündə gəzdirmə qəmin aləminSəndən inciməsin könül həmdəminKönül həmdəminə aç söylə qəminDərdini eyləsən xəbər yaxşıdır. Óyma qaranlığın sərinliyinəDüşmə gözü bağlı dərinliyinəAldanma dünyanın şirinliyinəBelə şərbətdənsə zəhər yaxşıdır. Nədir şikayətlə yanmaq alışmaqHavasına uyub sözlə yarışmaqKüləklə məhv olar boş-boş danışmaqYazılsa bir gözəl əsər yaxşıdır. Əziz Pünhan, ömrün olmadı hədərTutdu hörmətini həm kənd, həm şəhərKür araza desən quruyub gedərYenə dərd deməyə xəzər yaxşıdır.