Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Zahid Oruc: “Məhəmməd Peyğəmbər məktəbi məscidə deyil, məscidi məktəbə çevirən Allahın elçisi olub”
09.10.12 02:49

“Bakıda keçirilən son hicab adı altında toqquşma ünvan etibarilə Təhsil Nazirliyinə qarşı deyil, bütövlükdə cəmiyyətə qarşıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin üzvü Zahid Oruc bildirib. O qeyd edib ki, bu protest ruhu Qərb dəyərlərinə daha çox uğrayan çoxmilyonlu xalq kütlələri ilə mühafizəkar ənənələrə bağlı olanları hələ çox üz-üzə qoyacaq: “Maraqlı statistikadır - dinə etiqad edənlər artır və hamı da avropalı olmaq istəyir. Böyük əksəriyyət Quranın buyurduğu kimi yaşaya və geyinə bilmir. İran isə hesab edir ki, hicab cəmiyyətdə stabilliyə və mənəvi dayanıqlığa xidmət edir. Bütün tarix boyu insanın özünüaparması və davranışları hər cür qiyamlara, toqquşmalara və gərginliyə səbəb olur”. Deputatın fikrincə, İrana görə, yalnız hicab vasitəsilə qəlb rahatlığına və cəmiyyətdəki harmoniyaya nail olmaq olar: “Onların təbirincə, qadının əsas quruluş elementlərinin görünməməsi onu kənar nəzərlərdən qoruyur, daxili mənini, fiziki inkişafını təmin edir, Allaha etiqadı, imanı vasitəsilə xeyirxahlığa, gözəlliyə və humanizm dəyərlərinə sahib olur. Hicabsız cəmiyyət mənəvi deqradasiyaya uğrayır və ailənin təməl daşları dağılır, inkişafdan məhrum olur və dəb fəlakətinə qurban gedən istehlakçı cəmiyyətə çevrilir. Bir daha xatırladım ki, bu İran kimi ölkələrin fundamental yanaşmasıdır. Buna qarşı olanlar isə, Uca Peyğəmbərimizin müqəddəs Quranda buyurduqlarının təhrif olunduğunu dilə gətirirlər və inkişafa nail olmuş Qərb cəmiyyətini nümunə göstərirlər. “İnsan cəmiyyəti - hər iki cinsin daşıyıcıları bir-birinin gözəlliklərini görməlidirmi, yoxsa yox” - ətrafındakı suallar min il də bundan sonra gedəcək. Mənim isə başlıca fikrim odur ki, məktəbli qızların gələcəyi elə təhsildən asılı olsun ki, o başının içərisinə görə zahiri libasını müəyyənləşdirməkdə azad olsun. Çünki savadsız qadının etiqadı uğrunda savaş müqəddəs sayıla bilməz. Məhəmməd Peyğəmbər əleyhissəlam məktəbi məscidə deyil, məscidi məktəbə çevirən Allahın elçisi olub”.
URL / WWW
http://kelam.az/article/a-7238.html