Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Zahid Oruc: “Məhəmməd Peyğəmbər məktəbi məscidə deyil, məscidi məktəbə çevirən Allahın elçisi olub”
    “Bakıda keçirilən son hicab adı altında toqquşma ünvan etibarilə Təhsil Nazirliyinə qarşı deyil, bütövlükdə cəmiyyətə qarşıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin üzvü Zahid Oruc bildirib. O qeyd edib ki, bu protest ruhu Qərb dəyərlərinə daha çox uğrayan çoxmilyonlu xalq kütlələri ilə mühafizəkar ənənələrə bağlı olanları hələ çox üz-üzə qoyacaq: “Maraqlı statistikadır - dinə etiqad edənlər artır və hamı da avropalı olmaq istəyir. Böyük əksəriyyət Quranın buyurduğu kimi yaşaya və geyinə bilmir. İran isə hesab edir ki, hicab cəmiyyətdə stabilliyə və mənəvi dayanıqlığa xidmət edir. Bütün tarix boyu insanın özünüaparması və davranışları hər cür qiyamlara, toqquşmalara və gərginliyə səbəb olur”. Deputatın fikrincə, İrana görə, yalnız hicab vasitəsilə qəlb rahatlığına və cəmiyyətdəki harmoniyaya nail olmaq olar: “Onların təbirincə, qadının əsas quruluş elementlərinin görünməməsi onu kənar nəzərlərdən qoruyur, daxili mənini, fiziki inkişafını təmin edir, Allaha etiqadı, imanı vasitəsilə xeyirxahlığa, gözəlliyə və humanizm dəyərlərinə sahib olur.

    Hicabsız cəmiyyət mənəvi deqradasiyaya uğrayır və ailənin təməl daşları dağılır, inkişafdan məhrum olur və dəb fəlakətinə qurban gedən istehlakçı cəmiyyətə çevrilir. Bir daha xatırladım ki, bu İran kimi ölkələrin fundamental yanaşmasıdır. Buna qarşı olanlar isə, Uca Peyğəmbərimizin müqəddəs Quranda buyurduqlarının təhrif olunduğunu dilə gətirirlər və inkişafa nail olmuş Qərb cəmiyyətini nümunə göstərirlər. “İnsan cəmiyyəti - hər iki cinsin daşıyıcıları bir-birinin gözəlliklərini görməlidirmi, yoxsa yox” - ətrafındakı suallar min il də bundan sonra gedəcək. Mənim isə başlıca fikrim odur ki, məktəbli qızların gələcəyi elə təhsildən asılı olsun ki, o başının içərisinə görə zahiri libasını müəyyənləşdirməkdə azad olsun. Çünki savadsız qadının etiqadı uğrunda savaş müqəddəs sayıla bilməz. Məhəmməd Peyğəmbər əleyhissəlam məktəbi məscidə deyil, məscidi məktəbə çevirən Allahın elçisi olub”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 306
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30