Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Gövhər Baxşəliyeva: Bu dialoqun hüdudları olmalıdır
06.10.12 00:57

Bakı Beynəlxalq Humanitar Forumunun bu gün keçirilən “Cəmiyyətin həyatında multikulturalizm” mövzusunda keçirilən Dəyirmi masada millət vəkili, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva “Qloballaşan dünyada dinlərarası dialoq” adlı məruzə edib. “KƏLAMİNFO”nun məlumatına görə, G.Baxşəliyeva bildirib ki, bu gün din amilini nəzərə almadan dünya xalqlarının ictimai inkişaf yönümlərini dəqiq izləmək mümkün deyil. G.Baxşəliyeva “Qloballaşan dünyada dinlərarası dialoq” mövzusunun müasir Azərbaycan gerçəkliyi baxımından da əhəmiyyətli olduğunu vurğulayıb: “Çünki ölkə artıq 14 əsrdir İslam mədəniyyəti orbitinə daxildir və son vaxtlar, xüsusilə dövlət müstəqilliyini əldə etdikdən sonra beynəlxalq təsisatlara - istər İslam, istərsə də dünya və Avropa təsisatlarına sürətlə inteqrasiya olunur və təbiidir ki, fərqli inkişaf yönümlərindən təsirlənir”. Müsəlman dünyasında baş verən hadisələrin arxasında digər amillərlə yanaşı, həm də qloballaşmanın və sürətlə qərbləşmənin doğurduğu qeyri-bərabər inkişafa, ənənəvi sosial-mədəni və siyasi strukturların dağılmasına reaksiya ilə bağlı olaraq meydana çıxan problemlərin durduğunu söyləyən G.Baxşəliyeva dini hərəkatların dövlət hüdudlarını aşmasını, beynəlxalq xarakter kəsb etdiyini, bəzən isə dünya siyasətinin subyektinə çevrildiyini qeyd edib. G.Baxşəliyeva deyib ki, qloballaşan dünyada dinc yanaşı yaşamanın təmin edilməsinə yönələn fəaliyyətin mühüm tərkib hissəsi və şərtlərindən biri də din və ümumbəşəri dəyərlər sahəsində mədəniyyətlərarası dialoqun olmasıdır. Belə bir dialoq dinlərarası münasibətlərin düzgün məcrada cərəyan etməsinə və rəvan inkişafına zəmin yarada bilər. G.Baxşəliyeva qeyd edib ki, qloballaşma dövründə ənənəvi mədəniyyətlərin, o cümlədən islam mədəniyyətinin də xarici mədəni təsirlərə müqaviməti güclənsə də, bu, mədəniyyətlər və dinlər arasında dialoqu istisna etmir: “Lakin bu dialoqun hüdudları olmalıdır”. G.Baxşəliyeva qeyd edib ki, bu gün Qərb ictimai fikrində islam barəsində yaranan yanlış təsəvvürlərin kökü ya Qərbin saxta demokratiya və azadlıq şüarlarına istinadən məqsədyönlü antiislam təbliğatında, ya radikal islamçıların İslamın əsas prinsip və məramlarına yetərincə əməl etməmələrində, ya da hər iki amildə birlikdə axtarılmalıdır. G.Baxşəliyeva bütün dinlərdə dözümlülüyə çağırış olduğunu xatırladaraq, bu çağırışın dinlərarası dialoq işində ən yararlı vasitə kimi geniş təbliğ edilməli olduğunu vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-7232.html