Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Gövhər Baxşəliyeva: Bu dialoqun hüdudları olmalıdır
    Bakı Beynəlxalq Humanitar Forumunun bu gün keçirilən “Cəmiyyətin həyatında multikulturalizm” mövzusunda keçirilən Dəyirmi masada millət vəkili, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva “Qloballaşan dünyada dinlərarası dialoq” adlı məruzə edib. “KƏLAMİNFO”nun məlumatına görə, G.Baxşəliyeva bildirib ki, bu gün din amilini nəzərə almadan dünya xalqlarının ictimai inkişaf yönümlərini dəqiq izləmək mümkün deyil. G.Baxşəliyeva “Qloballaşan dünyada dinlərarası dialoq” mövzusunun müasir Azərbaycan gerçəkliyi baxımından da əhəmiyyətli olduğunu vurğulayıb: “Çünki ölkə artıq 14 əsrdir İslam mədəniyyəti orbitinə daxildir və son vaxtlar, xüsusilə dövlət müstəqilliyini əldə etdikdən sonra beynəlxalq təsisatlara - istər İslam, istərsə də dünya və Avropa təsisatlarına sürətlə inteqrasiya olunur və təbiidir ki, fərqli inkişaf yönümlərindən təsirlənir”.

    Müsəlman dünyasında baş verən hadisələrin arxasında digər amillərlə yanaşı, həm də qloballaşmanın və sürətlə qərbləşmənin doğurduğu qeyri-bərabər inkişafa, ənənəvi sosial-mədəni və siyasi strukturların dağılmasına reaksiya ilə bağlı olaraq meydana çıxan problemlərin durduğunu söyləyən G.Baxşəliyeva dini hərəkatların dövlət hüdudlarını aşmasını, beynəlxalq xarakter kəsb etdiyini, bəzən isə dünya siyasətinin subyektinə çevrildiyini qeyd edib. G.Baxşəliyeva deyib ki, qloballaşan dünyada dinc yanaşı yaşamanın təmin edilməsinə yönələn fəaliyyətin mühüm tərkib hissəsi və şərtlərindən biri də din və ümumbəşəri dəyərlər sahəsində mədəniyyətlərarası dialoqun olmasıdır. Belə bir dialoq dinlərarası münasibətlərin düzgün məcrada cərəyan etməsinə və rəvan inkişafına zəmin yarada bilər. G.Baxşəliyeva qeyd edib ki, qloballaşma dövründə ənənəvi mədəniyyətlərin, o cümlədən islam mədəniyyətinin də xarici mədəni təsirlərə müqaviməti güclənsə də, bu, mədəniyyətlər və dinlər arasında dialoqu istisna etmir: “Lakin bu dialoqun hüdudları olmalıdır”. G.Baxşəliyeva qeyd edib ki, bu gün Qərb ictimai fikrində islam barəsində yaranan yanlış təsəvvürlərin kökü ya Qərbin saxta demokratiya və azadlıq şüarlarına istinadən məqsədyönlü antiislam təbliğatında, ya radikal islamçıların İslamın əsas prinsip və məramlarına yetərincə əməl etməmələrində, ya da hər iki amildə birlikdə axtarılmalıdır. G.Baxşəliyeva bütün dinlərdə dözümlülüyə çağırış olduğunu xatırladaraq, bu çağırışın dinlərarası dialoq işində ən yararlı vasitə kimi geniş təbliğ edilməli olduğunu vurğulayıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 411
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30