Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Qlobal mədəniyyətin təşəkkülü dövründə Avrasiya ideyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
24.09.12 19:40

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində AMEA Memarlıq və İncəsənət İnstitutu və Rusiya Mədəniyyət Nazirliyinin Dövlət Sənətşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “Qlobal mədəniyyətin təşəkkülü dövründə Avrasiya ideyası” mövzusunda beynəlxalq elmi konfrans başlayıb. “KƏLAMİNFO”nun məlumatına görə, konfransda çıxış edən AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadə bildirib ki, qloballaşma şəraitində hər bir ölkə, xalq özünün kimliyini anlamalıdır. Avrasiyanın böyük bir qitə olduğunu xatırladan Ə.Salamzadə bildirib ki, bu qitə mədəniyyətlərin müxtəlifliyi ilə seçilir.Onun sözlərinə görə, indiki mürəkkəb şəraitdə hər bir xalq öz mədəniyyətinin necə inkişaf etdirməsinin istiqamətini bilməlidir. Belə mövzuların təkcə Rusiya ilə deyil, Qazaxıstan, Özbəkistan, ümumilikdə Türk dünyası ilə birgə tədqiq edildiyini söyləyən Ə.Salamzadə mədəniyyətlərə hansısa formada olan təhdidlərdən də bəhs edib: “Əgər hansısa mədəniyyət özünü qoruya bilmirsə, şübhəsiz, daha güclü mədəniyyət onu sıradan çıxaracaq. Beləliklə, həmin xalqın mədəniyyəti nəticədə məhv olacaq. Tarixdə buna dair misallar çoxdur. Burada güclü və zəif məsələsi var”. O, “Avrasiyanın müqəddəs quşları: rəmzlər və ikonoqrafiya” mövzusunda məruzə ilə çıxış edib. Rusiya Mədəniyyət Nazirliyinin Dövlət Sənətşünaslıq İnstitutunun direktor müavini, professor Nikolay Xrenov “Qlobal mədəniyyətin təşəkkülü dövründə Avrasiya ideyası”, AMEA Memarlıq və İncəsənət İnstitutunun baş elmi işçisi, sənətşünaslıq doktoru Tahir Bayramov “Qloballaşma şəraitində Avrasiya mədəniyyətlərinin dialoqu”, AMEA Füzuli adına Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri, tarix elmləri doktoru Fərid Ələkbərli “Slavyan və türklər Avrasiya məkanında etnomədəni dominant kimi” mövzularda çıxış ediblər. Qeyd edək ki, konfrans sabah başa çatacaq. Konfransda müxtəlif mövzulara dair 20-yə yaxın məruzə dinləniləcək.
URL / WWW
http://kelam.az/article/a-7146.html