Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Qlobal mədəniyyətin təşəkkülü dövründə Avrasiya ideyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində AMEA Memarlıq və İncəsənət İnstitutu və Rusiya Mədəniyyət Nazirliyinin Dövlət Sənətşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “Qlobal mədəniyyətin təşəkkülü dövründə Avrasiya ideyası” mövzusunda beynəlxalq elmi konfrans başlayıb. “KƏLAMİNFO”nun məlumatına görə, konfransda çıxış edən AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadə bildirib ki, qloballaşma şəraitində hər bir ölkə, xalq özünün kimliyini anlamalıdır. Avrasiyanın böyük bir qitə olduğunu xatırladan Ə.Salamzadə bildirib ki, bu qitə mədəniyyətlərin müxtəlifliyi ilə seçilir.

    Onun sözlərinə görə, indiki mürəkkəb şəraitdə hər bir xalq öz mədəniyyətinin necə inkişaf etdirməsinin istiqamətini bilməlidir. Belə mövzuların təkcə Rusiya ilə deyil, Qazaxıstan, Özbəkistan, ümumilikdə Türk dünyası ilə birgə tədqiq edildiyini söyləyən Ə.Salamzadə mədəniyyətlərə hansısa formada olan təhdidlərdən də bəhs edib: “Əgər hansısa mədəniyyət özünü qoruya bilmirsə, şübhəsiz, daha güclü mədəniyyət onu sıradan çıxaracaq. Beləliklə, həmin xalqın mədəniyyəti nəticədə məhv olacaq. Tarixdə buna dair misallar çoxdur. Burada güclü və zəif məsələsi var”. O, “Avrasiyanın müqəddəs quşları: rəmzlər və ikonoqrafiya” mövzusunda məruzə ilə çıxış edib. Rusiya Mədəniyyət Nazirliyinin Dövlət Sənətşünaslıq İnstitutunun direktor müavini, professor Nikolay Xrenov “Qlobal mədəniyyətin təşəkkülü dövründə Avrasiya ideyası”, AMEA Memarlıq və İncəsənət İnstitutunun baş elmi işçisi, sənətşünaslıq doktoru Tahir Bayramov “Qloballaşma şəraitində Avrasiya mədəniyyətlərinin dialoqu”, AMEA Füzuli adına Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri, tarix elmləri doktoru Fərid Ələkbərli “Slavyan və türklər Avrasiya məkanında etnomədəni dominant kimi” mövzularda çıxış ediblər. Qeyd edək ki, konfrans sabah başa çatacaq. Konfransda müxtəlif mövzulara dair 20-yə yaxın məruzə dinləniləcək.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 456
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30