Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Ədəbiyyat » Qəsidə Seyid Əzim Şirvaninin «Daş çapı» külliyatından götürülmüşdür. Olduğu kimi veririk
02.02.10 15:44

Cənab Əmir əl-Mömininin rözeyi pakinə bir napak məlun Paşa ədəbsizlik etdiyinə görə cənabi Seyfulla iki əngüşti-xeybərgüşa ilə belindən vurub Cəhənnəmə vasil elədiyini mərğum edir.

Yetişdi güşunə ilhami ğeyb böhcətlə

Ki ey keçən cahan içrə ömrü qəflətlə

Məgər eşitməmisən möcizi şəhi dini

Nədəndümi degüsən şad bu bəşarətlə

Ki sali min iki yüz səksən üçdə bir Paşa 

Vürud edib Nəcəfi-əşrəfə hökumətlə

Gəlibdü təngə onun cümlə xəlqü zülmündən

Edibdü onları azürdədil əziyyətlə

Gəlib məzarinə o sərvərü fələk ğədrün

Ayaqda çəkmə, belində qılınc fəxarətlə 

Deyil bu rozəyi- pürətr Kəbədən kəmtər

Çıxar bu çəkməni qoy tiri gir ləyaqətlə

Bu barigahidə sərdarlar, səlatinlər

Sorur dübarə yüz ixlas ilə, məzəllətlə

Bu töfigahidə seyran edər məlaiklər

Qulamidü buna nuriyan sədaqətlə

Bu sərzəmindədü qəbri-Həzrəti-Adəm

Məzari-Nuhi-nəbi burdadır rəvayətlə

Bu asitanədə həm müstəcab olur dəavat

Bu yerdə asi olur naci, bir ziyarətlə

Budur xəlifəyi-Rəhman, budur İmami-Ənam

Ki aləm əhli buna göz dikib iradətlə

Budur bu vadiyi əğdəs ki gəldi Musayə

Nidayi «fəxlə nəleykə» sot izzətlə

Deyir tamam ona xüddamlər ki, ey sərvər

Bu rozə içrə sağın, girmə bu qəbahətlə

Bu guftugulər ona heç etməyib təsir

Bu əmridən daha ğeyz eyləyib küdurətlə

Ki mən həmişə səlatinlərin hüzurunda

Qılıncu, çəkmə ilə olmuşam məhabətlə

Əbəs fəsanədü bu söz deyib qoyanda qədəm

O səhn pakə o zalım kəmalü cürətlə

Ki nagahan ucalıb qəbridən iki əngüşt

Çalıb belindən o napaki şəstu qüvvətlə

Fəda o barmağa kim Zülfüqari-bürran tək

Edibdü nim o məluni bir işarətlə

Tökülməyib hərəmi pakinə onun qani

Çəkiblə dişrəyə cari olub kəsafətlə

Bu möcizi eşidib şad olur dili mömin

O kəs ki, münkirüdür şəkk edür bəxalətlə

Olar bu möcizə münkir yəqinidür kafir

Müqəddər eyliyər imanini zəlalətlə

Bu noi mocizi görməz imamə rəva

Nə bəhsidir bu qılır rütbəyi imamətlə

Bu əl o əl degümi babi xeybəri qoparıb

Həva üzündə tutub saxladı rəşadətlə

Bu əl o əl degümi Əmr ibn Əbdüvədi

Cəhimə vasil edib bazuyi- şücaətlə

Bu əl o əl degümi Mərhəbi qılıb yeksan

Qubari tirrəyə bir cangüzar zərbətlə

Bu əl o əl degümi Mərrət-ibn-Qeysi bölüb

Nədü bu əmridə bəhs eyləmək cəhalətlə

İmamidən dirilikdə hər iş zühura gəlir

Vəfati olsa da ol iş olur o halətlə

Neçünki yoxdur əzizim imam üçün ölmək

İmamın ölməyini sanmayın şəhadətlə

Olan bu möcizə mümkir İmamə mümkirdir

Gələr qiyamətə məşhur əhli-bidətlə

Bular nə rütbədir ol Padşah kuyinə

Tanı Əlini baxıb dideyi bəsarətlə

Degülmidür bu o Soltan kim şəbi-merac

Təkəmmül eylədi ol xatəmi-risalətlə

Degülmidür bu o Sərvər ki, gəştiyi Nuhi 

Qutardı dərgehi tufanidən inayətlə

Degülmidür ki, bu mövla nari-nəmrudi

Xəliyə eylədi gülzar bəs ki şəfqətlə

Budur o hakimi zişən ki, dönər abə

Əgər ki, kurəyi narə baxar siyasətlə

Budur Əli Vəliyullah Şiri Həzrəti Həqq

Budur Yədullah məqsud nəssi ayətlə

Əli deyilmi edən tinəti-əbül bəşəri

Zəmani xəlqidə icad dəsti-qüdrətlə

Deyül Xuda, vəli ondan südur olan işlər

Degül bəşərdə olan qüdrəti-bizaətlə

Dəxilüdür bu şahın aşiyaninə  Seyyid

Ki qurtarar onu məhşər günü şəfaətlə

Yüzü qara əli boş asibu günahkaram

Cəza günündə məni qoyma çün xəcalətlə
URL / WWW
http://kelam.az/article/a-713.html