Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Məcburi köçkün gənclər üçün sayt yaradılacaq
18.09.12 14:45

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Məcburi köçkün gənclərin virtual informasiya mərkəzi” adlı layihənin icrasına başlayıb. İB-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, layihədə məqsəd məcburi köçkün gənclər üçün virtual mərkəz kimi informasiya xarakterli sayt yaratmaq və işğal olunan ərazilərdən olan gəncləri bu saytın vasitəsilə bir yerə toplamaq, onları bir-birinə tanıtmaqdır. Bu saytda xaricdə təhsil alan, idmanda nailiyyəti olan, ictimai aktivliyi ilə seçilən, elmdə uğurlar qazanan, vətənin bütövlüyü uğrunda qəhrəmanlıq göstərən məcburi köçkün gənclər haqqında mütəmadi informasiyalar veriləcək. Həmçinin bu sayt əməkdaşlıq və gənclərin bir-birini tanıması, fikir mübadiləsi, aktiv şəkildə birləşərək öz problemlərini, haqq səslərini dünya ictimaiyyətinə çatdırılması vəzifəsini də öz üstünə götürür. Eyni zamanda sayt vasitəsilə işğal olunan rayonların müvafiq dövlət qurumları ilə əməkdaşlıq, keçirilən layihələrə gənclərin cəlb olunması, məşğulluqlarının təmin edilməsinə kömək və s. məsələlər də öz əksini tapacaq. Dövlət Proqramında nəzərdə tutulan Virtual Qarabağ ideyasının tərkib hissəsinə çevriləcək bu layihədə işğal olunan rayonların tarixi, mədəniyyəti, təbiəti, tanınmış şəxsiyyətləri və s. materiallar da bu saytda yerləşdiriləcək. Sayt gündəlik informasiya ilə təmin ediləcək. Saytın forumu və internet TV-də fəaliyyət göstərəcək. Üç dildə (Azərbaycan, İngilis, Rus) dillərində yaradılacaq.
URL / WWW
http://kelam.az/article/a-7126.html