Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Məcburi köçkün gənclər üçün sayt yaradılacaq
    Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Məcburi köçkün gənclərin virtual informasiya mərkəzi” adlı layihənin icrasına başlayıb. İB-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, layihədə məqsəd məcburi köçkün gənclər üçün virtual mərkəz kimi informasiya xarakterli sayt yaratmaq və işğal olunan ərazilərdən olan gəncləri bu saytın vasitəsilə bir yerə toplamaq, onları bir-birinə tanıtmaqdır. Bu saytda xaricdə təhsil alan, idmanda nailiyyəti olan, ictimai aktivliyi ilə seçilən, elmdə uğurlar qazanan, vətənin bütövlüyü uğrunda qəhrəmanlıq göstərən məcburi köçkün gənclər haqqında mütəmadi informasiyalar veriləcək.

    Həmçinin bu sayt əməkdaşlıq və gənclərin bir-birini tanıması, fikir mübadiləsi, aktiv şəkildə birləşərək öz problemlərini, haqq səslərini dünya ictimaiyyətinə çatdırılması vəzifəsini də öz üstünə götürür. Eyni zamanda sayt vasitəsilə işğal olunan rayonların müvafiq dövlət qurumları ilə əməkdaşlıq, keçirilən layihələrə gənclərin cəlb olunması, məşğulluqlarının təmin edilməsinə kömək və s. məsələlər də öz əksini tapacaq. Dövlət Proqramında nəzərdə tutulan Virtual Qarabağ ideyasının tərkib hissəsinə çevriləcək bu layihədə işğal olunan rayonların tarixi, mədəniyyəti, təbiəti, tanınmış şəxsiyyətləri və s. materiallar da bu saytda yerləşdiriləcək. Sayt gündəlik informasiya ilə təmin ediləcək. Saytın forumu və internet TV-də fəaliyyət göstərəcək. Üç dildə (Azərbaycan, İngilis, Rus) dillərində yaradılacaq.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 409
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30