Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Asim Mollazadə beynəlxalq İqtisadi Forumda Azərbaycanı təmsil edəcək
03.09.12 19:49

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Krınisa şəhərində keçiriləcək XXII İqtisadi Forumda iştirak etmək üçün Polşaya gedib. DİP-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, A.Mollazadə forumda “Şərq tərəfdaşlığı, Şərq Tərəfdaşlığı regionundakı münaqişələrin həllinə necə kömək edə bilər?” və “Türkiyə və Orta Şərq, yoxsa Türkiyə və Avropa Birliyi” mövzularında çıxış edəcək. Birinci mövzu ilə bağlı son 20 ildə Şərq Tərəfdaşlığı ölkələrindəki, həmçinin Cənubi Qafqazdakı ağrılı münaqişələr, hər il bu münaqişələrdə ölənlərin sayının artması və onlardan tez-tez beynəlxalq siyasətdə alət kimi istifadə olunması, bu münaqişələrin həlli yollarının tapılması, BMT ilə ATƏT-in əməkdaşlığının bu regionda sabitliyin möhkəmləndirilməsinə necə təsir göstərəcəyi, sülhün təmin olunması üçün hansı mexanizmlərdən istifadə olunması ətrafında fikir mübadiləsi aparılacaq. İkinci mövzu ilə bağlı Türkiyənin əvvəllər AB-yə inteqrasiya istiqamətində addımlar atmasına baxmayaraq, son zamanlarda, xüsusilə “Ərəb baharı” zamanı özünü regional güc kimi nümayiş etdirməsi, Yaxın Şərq və Şimali Afrika regionundakı proseslərə təsir göstərən mövqeyi, xarici siyasət prioritetlərini dəyişməsi müzakirə olunacaq. Burada Ankaranın siyasətində hansı istiqamətin-Avropa, yoxsa Şərq oriyentasiyasının-dominantlıq təşkil edəcəyi sualına cavab axtarılacaq. Millət vəkili, həmçinin Novi Sad şəhərində keçiriləcək XXII İqtisadi Forumu müşayiət edən Gənc Liderlərin 7-ci iqtisadi forumunda da çıxış edəcək və gənc avropalı liderlərlə fikir mübadiləsi aparacaq. A.Mollazadənin iştirak edəcəyi forumda, həmçinin “Avropanın iqlim siyasəti və onun AB-nin rəqabət qabiliyyətinə təsiri”, “Böhran zamanı güclü liderlik-Avropa necə liderləri tələb edir”, “Avropa necə ittifaq istəyir?”, “Avropa Birliyinin Şərq tərəfdaşlığı ölkələrinə dair sanksiya siyasəti ”, “Avropada regional əməkdaşlıq mexanizmləri, “Gələcək regional siyasət”, “Siz nə qədər uzağa gedə bilərsiz?”, “Təhlükəsizlik və insan hüquqları”, “ABŞ-ın Asiyaya tərəf baxışları: Avropa üçün hansı nəticələr” mövzuları müzakirə ediləcək. Müzakirələrə məşhur ekspertlər, AB ölkələrinin hökumət nümayəndələri, avropalı parlamentarilər, Avropanın nüfuzlu partiyalarının rəhbərləri, iş adamları, bankirlər, həmçinin UNESCO-nun baş direktoru İrina Bokova, Rumıniyanın prezidenti Trayan Besesku, Ukraynanın baş naziri Nikolay Azarov, Moldovanın baş naziri Vlad Filat və Avropanın digər məşhur siyasi xadimləri qatılacaq.
URL / WWW
http://kelam.az/article/a-7016.html