Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Asim Mollazadə beynəlxalq İqtisadi Forumda Azərbaycanı təmsil edəcək
    Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Krınisa şəhərində keçiriləcək XXII İqtisadi Forumda iştirak etmək üçün Polşaya gedib. DİP-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, A.Mollazadə forumda “Şərq tərəfdaşlığı, Şərq Tərəfdaşlığı regionundakı münaqişələrin həllinə necə kömək edə bilər?” və “Türkiyə və Orta Şərq, yoxsa Türkiyə və Avropa Birliyi” mövzularında çıxış edəcək. Birinci mövzu ilə bağlı son 20 ildə Şərq Tərəfdaşlığı ölkələrindəki, həmçinin Cənubi Qafqazdakı ağrılı münaqişələr, hər il bu münaqişələrdə ölənlərin sayının artması və onlardan tez-tez beynəlxalq siyasətdə alət kimi istifadə olunması, bu münaqişələrin həlli yollarının tapılması, BMT ilə ATƏT-in əməkdaşlığının bu regionda sabitliyin möhkəmləndirilməsinə necə təsir göstərəcəyi, sülhün təmin olunması üçün hansı mexanizmlərdən istifadə olunması ətrafında fikir mübadiləsi aparılacaq.

    İkinci mövzu ilə bağlı Türkiyənin əvvəllər AB-yə inteqrasiya istiqamətində addımlar atmasına baxmayaraq, son zamanlarda, xüsusilə “Ərəb baharı” zamanı özünü regional güc kimi nümayiş etdirməsi, Yaxın Şərq və Şimali Afrika regionundakı proseslərə təsir göstərən mövqeyi, xarici siyasət prioritetlərini dəyişməsi müzakirə olunacaq. Burada Ankaranın siyasətində hansı istiqamətin-Avropa, yoxsa Şərq oriyentasiyasının-dominantlıq təşkil edəcəyi sualına cavab axtarılacaq. Millət vəkili, həmçinin Novi Sad şəhərində keçiriləcək XXII İqtisadi Forumu müşayiət edən Gənc Liderlərin 7-ci iqtisadi forumunda da çıxış edəcək və gənc avropalı liderlərlə fikir mübadiləsi aparacaq. A.Mollazadənin iştirak edəcəyi forumda, həmçinin “Avropanın iqlim siyasəti və onun AB-nin rəqabət qabiliyyətinə təsiri”, “Böhran zamanı güclü liderlik-Avropa necə liderləri tələb edir”, “Avropa necə ittifaq istəyir?”, “Avropa Birliyinin Şərq tərəfdaşlığı ölkələrinə dair sanksiya siyasəti ”, “Avropada regional əməkdaşlıq mexanizmləri, “Gələcək regional siyasət”, “Siz nə qədər uzağa gedə bilərsiz?”, “Təhlükəsizlik və insan hüquqları”, “ABŞ-ın Asiyaya tərəf baxışları: Avropa üçün hansı nəticələr” mövzuları müzakirə ediləcək. Müzakirələrə məşhur ekspertlər, AB ölkələrinin hökumət nümayəndələri, avropalı parlamentarilər, Avropanın nüfuzlu partiyalarının rəhbərləri, iş adamları, bankirlər, həmçinin UNESCO-nun baş direktoru İrina Bokova, Rumıniyanın prezidenti Trayan Besesku, Ukraynanın baş naziri Nikolay Azarov, Moldovanın baş naziri Vlad Filat və Avropanın digər məşhur siyasi xadimləri qatılacaq.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 241
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30