Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Səfir Elxan Poluxov CAR parlamentinin spikeri ilə görüşüb
30.08.12 02:18

Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfiri Elxan Poluxov fəaliyyət göstərdiyi ölkənin Qərbi Keyp (Western Cape) əyalətinin paytaxtı Keyp Taun (Cape Town) şəhərində rəsmi səfərdə olub. Bu barədə məlumatı “KƏLAMİNFO”a CAR-dakı səfirliyimizdən veriblər.

Səfər zamanı E.Poluxov parlamentin spikeri M.V.Sisuslu ilə tanışlıq görüşü keçirib. Qəbula görə təşəkkürünü bildirən E.Poluxov CAR parlamentində rəsmi qonaq qismində ilk Azərbaycan diplomatı olmasından qürur duyduğunu deyib. Həmsöhbətə Azərbaycanda sürətlə gedən inkişaf prosesi, ağrılı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri haqda ətraflı məlumat verib. Hər iki ölkənin təqribən eyni dövrdə yeni siyasi sistemə keçdiyini bildirən səfir bu səbəbdən ölkələr arasında oxşar cəhətlərin çox olduğunu qeyd edib.
Daha sonra səfir parlamentlərarası diplomatiyanın əhəmiyyətini vurğulayıb və bu münasibətlərin dövlətlərarası əlaqələrdə xüsusi rol oynadığını bildirib.Səfir E.Poluxov həmsöhbətinə, həmçinin Azərbaycan parlamenti haqda geniş məlumat verərək, qanunverici qurumun bir sıra digər ölkələrin parlamentləri ilə əlaqələrinin olduğunu bildirib və Milli Məclisdə artıq CAR-la dostluq qrupunun mövcud olduğunu vurğulayıb. 
Spiker Sisulu səfir E.Poluxovun CAR parlamentinə göstərdiyi maraqdan məmnun olduğunu söyləyərək, Azərbaycanla CAR arasında əlaqələrin qurulmasının hər iki ölkə üçün əhəmiyyətli və vacib olduğuna inandığını bildirib. CAR parlamentinin bir çox dünya ölkələri  ilə əlaqədə olduğunu vurğulayan spiker bir sıra beynəlxalq təşkilatlara da, üzv olduqlarını qeyd edib.
Azərbaycan parlamenti ilə əlaqə qurmağa hər zaman hazır olduqlarını qeyd edən spiker ilkin addım kimi iki qanunverici orqan arasında məlumat mübadiləsi prosesi və sonradan qarşılıqlı səfərlərin təşkilini təklif edib.
Görüş zamanı, həmçinin  CAR parlamentinin Afrika qitəsində ən böyük və zəngin kitabxanaya malik olduğu bildirilib. Kitabxanada Azərbaycanla bağlı məlumatların artırılması təklifinə səfir E.Poluxov öz növbəsində qısa müddət ərzində bu istiqamətdə müvafiq addımlar atacağına söz verib.
URL / WWW
http://kelam.az/article/a-6983.html