Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Səfir Elxan Poluxov CAR parlamentinin spikeri ilə görüşüb
    Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfiri Elxan Poluxov fəaliyyət göstərdiyi ölkənin Qərbi Keyp (Western Cape) əyalətinin paytaxtı Keyp Taun (Cape Town) şəhərində rəsmi səfərdə olub. Bu barədə məlumatı “KƏLAMİNFO”a CAR-dakı səfirliyimizdən veriblər.

    Səfər zamanı E.Poluxov parlamentin spikeri M.V.Sisuslu ilə tanışlıq görüşü keçirib. Qəbula görə təşəkkürünü bildirən E.Poluxov CAR parlamentində rəsmi qonaq qismində ilk Azərbaycan diplomatı olmasından qürur duyduğunu deyib. Həmsöhbətə Azərbaycanda sürətlə gedən inkişaf prosesi, ağrılı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri haqda ətraflı məlumat verib. Hər iki ölkənin təqribən eyni dövrdə yeni siyasi sistemə keçdiyini bildirən səfir bu səbəbdən ölkələr arasında oxşar cəhətlərin çox olduğunu qeyd edib.
    Daha sonra səfir parlamentlərarası diplomatiyanın əhəmiyyətini vurğulayıb və bu münasibətlərin dövlətlərarası əlaqələrdə xüsusi rol oynadığını bildirib.

    Səfir E.Poluxov həmsöhbətinə, həmçinin Azərbaycan parlamenti haqda geniş məlumat verərək, qanunverici qurumun bir sıra digər ölkələrin parlamentləri ilə əlaqələrinin olduğunu bildirib və Milli Məclisdə artıq CAR-la dostluq qrupunun mövcud olduğunu vurğulayıb. 
    Spiker Sisulu səfir E.Poluxovun CAR parlamentinə göstərdiyi maraqdan məmnun olduğunu söyləyərək, Azərbaycanla CAR arasında əlaqələrin qurulmasının hər iki ölkə üçün əhəmiyyətli və vacib olduğuna inandığını bildirib. CAR parlamentinin bir çox dünya ölkələri  ilə əlaqədə olduğunu vurğulayan spiker bir sıra beynəlxalq təşkilatlara da, üzv olduqlarını qeyd edib.
    Azərbaycan parlamenti ilə əlaqə qurmağa hər zaman hazır olduqlarını qeyd edən spiker ilkin addım kimi iki qanunverici orqan arasında məlumat mübadiləsi prosesi və sonradan qarşılıqlı səfərlərin təşkilini təklif edib.
    Görüş zamanı, həmçinin  CAR parlamentinin Afrika qitəsində ən böyük və zəngin kitabxanaya malik olduğu bildirilib. Kitabxanada Azərbaycanla bağlı məlumatların artırılması təklifinə səfir E.Poluxov öz növbəsində qısa müddət ərzində bu istiqamətdə müvafiq addımlar atacağına söz verib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 593
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30