Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Elmar Məmmədyarov Qazaxıstana dəvət olunub
29.08.12 22:18

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstana səfər edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib  ki, E.Məmmədyarov Asiyada Qarşılıqlı Fəaliyyət və İnam Tədbirləri Müşavirəsinin Xarici İşlər Nazirləri Şurasının dördüncü iclasında iştirak üçün dəvət alıb: “Sentyabrın 12-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və İnam Tədbirləri Müşavirəsinin Xarici İşlər Nazirləri Şurasının dördüncü iclası keçiriləcək və Azərbaycan tərəfinin iclasda iştirakı ilə bağlı nazir Elmar Məmmədyarovun adına dəvət gəlib”.
URL / WWW
http://kelam.az/article/a-6982.html