Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstana səfər edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, E.Məmmədyarov Asiyada Qarşılıqlı Fəaliyyət və İnam Tədbirləri Müşavirəsinin Xarici İşlər Nazirləri Şurasının dördüncü iclasında iştirak üçün dəvət alıb: “Sentyabrın 12-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və İnam Tədbirləri Müşavirəsinin Xarici İşlər Nazirləri Şurasının dördüncü iclası keçiriləcək və Azərbaycan tərəfinin iclasda iştirakı ilə bağlı nazir Elmar Məmmədyarovun adına dəvət gəlib”.