Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əlyazmalar İnstitutunun şöbə müdiri: “Bizdə şəxsiyyətlər kimi əlyazmalar da repressiyaya uğradılıb”
25.08.12 04:07

“Bütün Avropa və Şərq ölkələrində çoxsaylı Azərbaycan əlyazmaları var. Bu əlyazmalar çap olunmadan müxtəlif yollarla gedib. Əlyazmalar hədiyyə kimi gedib, yaxud satın alınaraq aparılıb”. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya müsahibəsində AMEA Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Azadə Musabəyli məlumat verib. 

Vaxtilə Avropada Şərqlə çox maraqlandıqlarını xatırladan A.Musabəyli bu əlyazmaların da həmin vaxtlar aparıldığını qeyd edib: “Məsələn, Pyotrun yaratdığı Şərqşünaslıq Akademiyasının alimləri xüsusi olaraq Şərq ölkələrinə göndərilib və onlara da çoxsaylı əlyazmaları aparıblar. Aparılanların içərisində Azərbaycan əlyazmaları da var”.
A.Musabəyli əlavə edib ki, İranda, Türkiyədə orta əsrlərdən toplanıb qalan Azərbaycan əlyazmaları var. Bu çox geniş sahələri əhatə edir və bunlar ərəb, fars və türk dillərindədir: “Amma bizdə 20-ci, 30-cu illərdə şəxsiyyətlər kimi əlyazmalar da repressiyaya uğradılıb. Onları ya yandırıb, ya da dağıdıblar. Bunlar bizdə sonradan toplanıb. Amma xarici ölkələrdə belə olmayıb, onlar orta əsrlərdən bəri əlyazmaları toplayıblar”. Bu günlərdə onun müəllifliyi ilə 3 cilddə 685 azərbaycanlı müəllifin xarici ölkələrdəki 10.000-dən artıq əlyazma nüsxəsindən ibarət kataloq nəşr edildiyini xatırladan A.Musabəyli əlavə edib ki, xarici ölkələrdə Azərbaycana məxsus saysız-hesabsız əlyazma var və onların toplanılması işi davam etdirilməlidir. O, Azərbaycanda adı keçən, ancaq özü olmayan bəzi əlyazmaların ölkəmizə gətirdiklərini də əlavə edib. Əsasən, Türkiyə, İran və digər Şərq ölkələrində kifayət qədər Azərbaycan əlyazmalarının olduğunu açıqlayan A.Musabəyli Avropa ölkələrində də maraqlı əlyazmaların olduğunu qeyd edib. Onun sözlərinə görə, Parisin Milli Kitabxanası, İsveç universitetlərinin kitabxanaları, Almaniyada Berlin Dövlət Kitabxanası, Marbruq Kitabxanası, İtaliya, Vatikan, Macarıstan, Avstriya və digər ölkələrdə Azərbaycan əlyazmaları var: “Düzdür, bütün əlyazma saxlanılan məkanlarda Şərq əlyazma kataloqları çap edilməyib. Ancaq alimlərin əlyazmaları var”.
Əlyazmaların əldə edilməsinin çətinliklərini də nəzərə çatdıran professor bildirib ki, tək-tək adamlar, yaxud hansısa müəssisə və institutun təşəbbüsü ilə əlyazmaların əldə edilməsi çətindir və bu məsələ dövlət səviyyəsində planlı şəkildə həll edilməlidir.
URL / WWW
http://kelam.az/article/a-6971.html