Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Əlyazmalar İnstitutunun şöbə müdiri: “Bizdə şəxsiyyətlər kimi əlyazmalar da repressiyaya uğradılıb”
    “Bütün Avropa və Şərq ölkələrində çoxsaylı Azərbaycan əlyazmaları var. Bu əlyazmalar çap olunmadan müxtəlif yollarla gedib. Əlyazmalar hədiyyə kimi gedib, yaxud satın alınaraq aparılıb”. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya müsahibəsində AMEA Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Azadə Musabəyli məlumat verib. 

    Vaxtilə Avropada Şərqlə çox maraqlandıqlarını xatırladan A.Musabəyli bu əlyazmaların da həmin vaxtlar aparıldığını qeyd edib: “Məsələn, Pyotrun yaratdığı Şərqşünaslıq Akademiyasının alimləri xüsusi olaraq Şərq ölkələrinə göndərilib və onlara da çoxsaylı əlyazmaları aparıblar. Aparılanların içərisində Azərbaycan əlyazmaları da var”.
    A.Musabəyli əlavə edib ki, İranda, Türkiyədə orta əsrlərdən toplanıb qalan Azərbaycan əlyazmaları var. Bu çox geniş sahələri əhatə edir və bunlar ərəb, fars və türk dillərindədir: “Amma bizdə 20-ci, 30-cu illərdə şəxsiyyətlər kimi əlyazmalar da repressiyaya uğradılıb. Onları ya yandırıb, ya da dağıdıblar. Bunlar bizdə sonradan toplanıb. Amma xarici ölkələrdə belə olmayıb, onlar orta əsrlərdən bəri əlyazmaları toplayıblar”.

    Bu günlərdə onun müəllifliyi ilə 3 cilddə 685 azərbaycanlı müəllifin xarici ölkələrdəki 10.000-dən artıq əlyazma nüsxəsindən ibarət kataloq nəşr edildiyini xatırladan A.Musabəyli əlavə edib ki, xarici ölkələrdə Azərbaycana məxsus saysız-hesabsız əlyazma var və onların toplanılması işi davam etdirilməlidir. O, Azərbaycanda adı keçən, ancaq özü olmayan bəzi əlyazmaların ölkəmizə gətirdiklərini də əlavə edib. Əsasən, Türkiyə, İran və digər Şərq ölkələrində kifayət qədər Azərbaycan əlyazmalarının olduğunu açıqlayan A.Musabəyli Avropa ölkələrində də maraqlı əlyazmaların olduğunu qeyd edib. Onun sözlərinə görə, Parisin Milli Kitabxanası, İsveç universitetlərinin kitabxanaları, Almaniyada Berlin Dövlət Kitabxanası, Marbruq Kitabxanası, İtaliya, Vatikan, Macarıstan, Avstriya və digər ölkələrdə Azərbaycan əlyazmaları var: “Düzdür, bütün əlyazma saxlanılan məkanlarda Şərq əlyazma kataloqları çap edilməyib. Ancaq alimlərin əlyazmaları var”.
    Əlyazmaların əldə edilməsinin çətinliklərini də nəzərə çatdıran professor bildirib ki, tək-tək adamlar, yaxud hansısa müəssisə və institutun təşəbbüsü ilə əlyazmaların əldə edilməsi çətindir və bu məsələ dövlət səviyyəsində planlı şəkildə həll edilməlidir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 500
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30