Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » YAP-da “Erməni təcavüzkarlığı yeni məlumatlarla” mövzusunda mətbuat konfransı keçirildi
29.01.10 21:09

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov “Erməni təcavüzkarlığı yeni məlumatlarla” mövzusunda mətbuat konfransı keçirdi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Y.Mahmudov onun rəhbərliyi altında fəaliyyət göstərən institutun alimləri tərəfindən ermənilərin Azərbaycana qarşı təcavüzkarlığı və soyqrımından bəhs edən və konkret faktlara əsaslanan çoxsaylı kitabların nəşr olunduğunu bildirdi. Dağlıq Qarabağ problemindən bəhs edən Y.Mahmudov qeyd etdi ki, bu məsələ Cənubi Qafqaza Çar Rusiyası tərəfindən köçürülən gəlmə ermənilər tərəfindən ortaya atılıb. Bu məsələləri ölkə prezidenti İlham Əleyev də bütün görüşləri, o cümlədən beynəlxalq tədbirlərdə diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan ərazisi olan İrəvan xanlığından sonra, 1918-ci il mayın 29-da böyük dövlətlərin təziqi ilə Azərbaycan Xalq Cümhuriyyəti xalqla referendum keçirmədən 9,5 min kv-km ərazi ilə birlikdə ermənilərə bağışlayıb. “Bundan sonra isə ermənilər özlərini Cənubi Qafqazın qədim əhalisi kimi qələmə verdilər. Əslində isə erməni dövləti Cənubi Qafqazda 1918-ci ildə yaradılıb. Cənubi Qafqazın həmin tarixdən qabaqkı siyasi xəritəsində ermənilərin adları yoxdur”,-deyən Y.Mahmudov bildirdi ki, bu məsələlər gündəmdədir və bu tarixlərin araşdırılmasına xüsusi əhəmiyyət verirlər. Tarix İnstitutu tərəfindən 6 dildə “Qarabağ Tarixi” adlı kitabın çap olunduğunu açıqlayan Y.Mahmudov bildirdi ki, həmin kitab bir sıra ölkələrdə keçirilən sərgilərdə 1-ci yerə layiq görülüb. Onun sözlərinə görə, həmin kitaba qarşı ermənilər tərəfindən hər hansı qondarma fikirlər söylənilməyib. Ona görə ki, həmin kitabda əks olunan məlumatlar tarixi sənədlər və faktlara söykənən araşdırmalardır. Y.Mahmudov bundan əlavə rəhbərlik etdiyi elm ocağı tərəfindən dəqiq faktlar əsasında Azərbaycan və ingilis dillərində “Naxçıvan”, rəsmi sənədlərdən bəhs edən “Tarixi adlara qarşı soyqırım” və digər adlarda onlarla kitabın nəşr olunduğunu söylədi.
URL / WWW
http://kelam.az/article/a-693.html