Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    YAP-da “Erməni təcavüzkarlığı yeni məlumatlarla” mövzusunda mətbuat konfransı keçirildi
    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov “Erməni təcavüzkarlığı yeni məlumatlarla” mövzusunda mətbuat konfransı keçirdi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Y.Mahmudov onun rəhbərliyi altında fəaliyyət göstərən institutun alimləri tərəfindən ermənilərin Azərbaycana qarşı təcavüzkarlığı və soyqrımından bəhs edən və konkret faktlara əsaslanan çoxsaylı kitabların nəşr olunduğunu bildirdi. Dağlıq Qarabağ problemindən bəhs edən Y.Mahmudov qeyd etdi ki, bu məsələ Cənubi Qafqaza Çar Rusiyası tərəfindən köçürülən gəlmə ermənilər tərəfindən ortaya atılıb.

    Bu məsələləri ölkə prezidenti İlham Əleyev də bütün görüşləri, o cümlədən beynəlxalq tədbirlərdə diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan ərazisi olan İrəvan xanlığından sonra, 1918-ci il mayın 29-da böyük dövlətlərin təziqi ilə Azərbaycan Xalq Cümhuriyyəti xalqla referendum keçirmədən 9,5 min kv-km ərazi ilə birlikdə ermənilərə bağışlayıb. “Bundan sonra isə ermənilər özlərini Cənubi Qafqazın qədim əhalisi kimi qələmə verdilər. Əslində isə erməni dövləti Cənubi Qafqazda 1918-ci ildə yaradılıb. Cənubi Qafqazın həmin tarixdən qabaqkı siyasi xəritəsində ermənilərin adları yoxdur”,-deyən Y.Mahmudov bildirdi ki, bu məsələlər gündəmdədir və bu tarixlərin araşdırılmasına xüsusi əhəmiyyət verirlər. Tarix İnstitutu tərəfindən 6 dildə “Qarabağ Tarixi” adlı kitabın çap olunduğunu açıqlayan Y.Mahmudov bildirdi ki, həmin kitab bir sıra ölkələrdə keçirilən sərgilərdə 1-ci yerə layiq görülüb. Onun sözlərinə görə, həmin kitaba qarşı ermənilər tərəfindən hər hansı qondarma fikirlər söylənilməyib. Ona görə ki, həmin kitabda əks olunan məlumatlar tarixi sənədlər və faktlara söykənən araşdırmalardır. Y.Mahmudov bundan əlavə rəhbərlik etdiyi elm ocağı tərəfindən dəqiq faktlar əsasında Azərbaycan və ingilis dillərində “Naxçıvan”, rəsmi sənədlərdən bəhs edən “Tarixi adlara qarşı soyqırım” və digər adlarda onlarla kitabın nəşr olunduğunu söylədi.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 684
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30