Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Komitə sədri: “Ermənistanın Azərbaycana vurduğu zərər beynəlxalq ekspertlər tərəfindən hesablanmalıdır”
28.07.12 03:31

Bakıda “Dövlətlərarası münaqişələr zəminində baş verən itki və tələfatların dəyərləndirilməsi” mövzusunda beynəlxalq simpozium keçirilib.

“KƏLAMİNFO”nun məlumatına görə, tədbirin təşəbbüsçüsü Milli Məclisin üzvü Xanhüseyn Kazımlı simpoziumdakı çıxışı zamanı bildirib ki, istər ölkədaxili, istərsə də Azərbaycanın hüdudlarından kənarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş hər bir toplantıda Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması birmənalı şəkildə təsdiqlənir və qəbul olunur: “Münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycanın prezidenti İlham Əliyevin bütün səviyyələrdəki fəaliyyəti Azərbaycan xalqının iradəsinin tərənnümü olmaqla həm də beynəlxalq ictimaiyyət tərəfindən olduqca məqbul hesab olunur”.X.Kazımlı qeyd edib ki, ölkədə fəaliyyət göstərən bir sıra QHT-lər kimi Sosial-İqtisadi İdeyalar İnstitutu İctimai Birliyi və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti də beynəlxalq ekspertlərlə birgə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdəki hər növ itki və zərərlərin beynəlxalq qiymətləndirmə standartlarına uyğun olaraq qiymətləndirilməsi və onların dəyərinin təsnifatı üzrə vahid rəqəmə gətirilməsi problemi ilə artıq 2 ildir ki, məşğuldur: “Əsas məqsəd beynəlxalq ekspertlərin iştirakı ilə aparılan və təsdiqini tapmış həmin yekun hesablamaların donor ölkələrin iştirak etdiyi beynəlxalq səviyyəli məclislərdə prezentasiyaların keçirilməsindən ibarətdir”.
Tədbirdə çıxış edən baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, Azərbaycanın özünün müvafiq qurumlarının hesablamalarına əsasən münaqişə nəticəsində ölkəyə dəymiş zərər 60-70 milyard manat həcmində dəyərləndirilir: “Lakin beynəlxalq qiymətləndirmə standartları ilə tanış olduqda görürük ki, bizim nəzərə almadığımız, diqqətimizdən yayınan bir çox məsələlər var, onları da nəzərə aldıqda dəymiş zərər 100 milyardı keçir”. Ə.Həsənov qeyd edib ki, Azərbaycanın işğal altında olan torpaqları çox münbit və gəlirli torpaqlardır və bu baxımdan da dəymiş zərər ildən-ilə artır: “Azərbaycana dəymiş ziyanın hesablanması üçün struktur müəyyənləşdirilməlidir. Bunun üçün beynəlxalq təcrübə öyrənilməlidir. Məqsədimiz odur ki, dəymiş ziyan beynəlxalq qurumların iştirakı ilə hesablansın və ortaya beynəlxalq standartlara uyğun sənəd qoyulsun”.
URL / WWW
http://kelam.az/article/a-6822.html