Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Komitə sədri: “Ermənistanın Azərbaycana vurduğu zərər beynəlxalq ekspertlər tərəfindən hesablanmalıdır”
    Bakıda “Dövlətlərarası münaqişələr zəminində baş verən itki və tələfatların dəyərləndirilməsi” mövzusunda beynəlxalq simpozium keçirilib.

    “KƏLAMİNFO”nun məlumatına görə, tədbirin təşəbbüsçüsü Milli Məclisin üzvü Xanhüseyn Kazımlı simpoziumdakı çıxışı zamanı bildirib ki, istər ölkədaxili, istərsə də Azərbaycanın hüdudlarından kənarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş hər bir toplantıda Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması birmənalı şəkildə təsdiqlənir və qəbul olunur: “Münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycanın prezidenti İlham Əliyevin bütün səviyyələrdəki fəaliyyəti Azərbaycan xalqının iradəsinin tərənnümü olmaqla həm də beynəlxalq ictimaiyyət tərəfindən olduqca məqbul hesab olunur”.

    X.Kazımlı qeyd edib ki, ölkədə fəaliyyət göstərən bir sıra QHT-lər kimi Sosial-İqtisadi İdeyalar İnstitutu İctimai Birliyi və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti də beynəlxalq ekspertlərlə birgə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdəki hər növ itki və zərərlərin beynəlxalq qiymətləndirmə standartlarına uyğun olaraq qiymətləndirilməsi və onların dəyərinin təsnifatı üzrə vahid rəqəmə gətirilməsi problemi ilə artıq 2 ildir ki, məşğuldur: “Əsas məqsəd beynəlxalq ekspertlərin iştirakı ilə aparılan və təsdiqini tapmış həmin yekun hesablamaların donor ölkələrin iştirak etdiyi beynəlxalq səviyyəli məclislərdə prezentasiyaların keçirilməsindən ibarətdir”.
    Tədbirdə çıxış edən baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, Azərbaycanın özünün müvafiq qurumlarının hesablamalarına əsasən münaqişə nəticəsində ölkəyə dəymiş zərər 60-70 milyard manat həcmində dəyərləndirilir: “Lakin beynəlxalq qiymətləndirmə standartları ilə tanış olduqda görürük ki, bizim nəzərə almadığımız, diqqətimizdən yayınan bir çox məsələlər var, onları da nəzərə aldıqda dəymiş zərər 100 milyardı keçir”. Ə.Həsənov qeyd edib ki, Azərbaycanın işğal altında olan torpaqları çox münbit və gəlirli torpaqlardır və bu baxımdan da dəymiş zərər ildən-ilə artır: “Azərbaycana dəymiş ziyanın hesablanması üçün struktur müəyyənləşdirilməlidir. Bunun üçün beynəlxalq təcrübə öyrənilməlidir. Məqsədimiz odur ki, dəymiş ziyan beynəlxalq qurumların iştirakı ilə hesablansın və ortaya beynəlxalq standartlara uyğun sənəd qoyulsun”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 591
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30