Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » İnsan
27.07.12 17:26

Qisməti bir ömür taleyi sirdir

Tarixdir zamandır dövrandır insan
İnsansız bu dünya nəyə gərəkdir

Dünyanın özünə həyandır insan.

Bu adın mənası kökündən dərin

İlahi eşq ilə verib dəyərin

Eşqsiz ey insan, nədir səmərin

Əzəli eşqilə əyandır insan.

Gözəlliyi əbədidir insanın

Comərdliyi nəsəbidir insanın

Ağlu kamal qiymətidir insanın

İlahi eşqini qanandır insan.

Onun ziyasından nurlanır məkan

Nələr bəxş etməyib ona Yaradan

Saf təmiz doğulur insan anadan

Xilqətdə kamildir, anandır insan.

Dünya yaxşıların çiyni üstədir

Mərdliyin qayəsi təmiz gendədir

Yaxşılar hər zaman, hər an öndədir

Həyatda həmişə yanandır insan.


Yaxşı pis, yaddaşda qalandır insan.


    İsrafil Hüseynov

    Bakı, 1993.
URL / WWW
http://kelam.az/article/a-6814.html