İnsansız bu dünya nəyə gərəkdirDünyanın özünə həyandır insan. Bu adın mənası kökündən dərinİlahi eşq ilə verib dəyərinEşqsiz ey insan, nədir səmərinƏzəli eşqilə əyandır insan. Gözəlliyi əbədidir insanınComərdliyi nəsəbidir insanınAğlu kamal qiymətidir insanınİlahi eşqini qanandır insan. Onun ziyasından nurlanır məkanNələr bəxş etməyib ona YaradanSaf təmiz doğulur insan anadanXilqətdə kamildir, anandır insan. Dünya yaxşıların çiyni üstədirMərdliyin qayəsi təmiz gendədirYaxşılar hər zaman, hər an öndədirHəyatda həmişə yanandır insan.Yaxşı pis, yaddaşda qalandır insan. İsrafil Hüseynov Bakı, 1993.