Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarova Kolumbiyanın “Ali komandor" ordeni təqdim olunub
26.07.12 19:55

Kolumbiyaya səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Senatının sədr müavini Edqar Espindola Ninonun başçılıq etdiyi senatorlardan ibarət qrupla görüş keçirib. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Edqar Nino Azərbaycana etdiyi səfəri xatırlayaraq, ölkəmizə səfərindən və keçirdiyi görüşlərdən məmnun qaldığını qeyd edib. O, Elmar Məmmədyarovun bu rəsmi səfərinin iki ölkə arasında münasibətlərin dinamik inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb. Kolumbiya Senatının Azərbaycan xalqının Xocalı soyqırımı acısını anladığını bildirən Edqar Nino bununla bağlı Kolumbiya Senatının müvafiq qərar qəbul etdiyi barədə məlumat verib. Senator, həmçinin hər iki ölkədə diplomatik və ticarət nümayəndəliklərinin tezliklə açılmasının vacibliyini və bunun ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, mədəniyyət və digər sahələrdə əməkdaşlığa təkan verəcəyini qeyd edib. Sonra çıxış edən Senatın ikinci komissiyasının sədri senator Aleksandra Moreno Pirakuive Kolumbiya Senatının Azərbaycan Parlamenti ilə dostluq və əməkdaşlıq münasibətlərinə sadiq qalacağını əminlik ifadə edib. Elmar Məmmədyarova və Azərbaycanın Kolumbiyadakı səfiri İlqar Muxtarova Kolumbiya və Azərbaycan arasında əməkdaşlığın inkişafı və gücləndirilməsində xidmətlərinə görə Senatın xarici əlaqələr, milli müdafiə və təhlükəsizlik komissiyasının "Demokratiya uğrunda səylərinə görə Ali komandor" ordeninin təqdim olunması mərasimi keçirilib. Nazir Elmar Məmmədyarov Senat tərəfindən təqdim olunan bu yüksək mükafata görə təşəkkürünü bildirib və Azərbaycanla Kolumbiya arasında müxtəlif sahələrdə münasibətləri daha da inkişaf etdirmək üçün siyasi iradənin mövcud olduğunu qeyd edib. Parlament diplomatiyasının ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını bildirən Elmar Məmmədyarov iki ölkə arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib.
URL / WWW
http://kelam.az/article/a-6785.html