Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Elmar Məmmədyarova Kolumbiyanın “Ali komandor" ordeni təqdim olunub
    Kolumbiyaya səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Senatının sədr müavini Edqar Espindola Ninonun başçılıq etdiyi senatorlardan ibarət qrupla görüş keçirib. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Edqar Nino Azərbaycana etdiyi səfəri xatırlayaraq, ölkəmizə səfərindən və keçirdiyi görüşlərdən məmnun qaldığını qeyd edib. O, Elmar Məmmədyarovun bu rəsmi səfərinin iki ölkə arasında münasibətlərin dinamik inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.

    Kolumbiya Senatının Azərbaycan xalqının Xocalı soyqırımı acısını anladığını bildirən Edqar Nino bununla bağlı Kolumbiya Senatının müvafiq qərar qəbul etdiyi barədə məlumat verib. Senator, həmçinin hər iki ölkədə diplomatik və ticarət nümayəndəliklərinin tezliklə açılmasının vacibliyini və bunun ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, mədəniyyət və digər sahələrdə əməkdaşlığa təkan verəcəyini qeyd edib. Sonra çıxış edən Senatın ikinci komissiyasının sədri senator Aleksandra Moreno Pirakuive Kolumbiya Senatının Azərbaycan Parlamenti ilə dostluq və əməkdaşlıq münasibətlərinə sadiq qalacağını əminlik ifadə edib. Elmar Məmmədyarova və Azərbaycanın Kolumbiyadakı səfiri İlqar Muxtarova Kolumbiya və Azərbaycan arasında əməkdaşlığın inkişafı və gücləndirilməsində xidmətlərinə görə Senatın xarici əlaqələr, milli müdafiə və təhlükəsizlik komissiyasının "Demokratiya uğrunda səylərinə görə Ali komandor" ordeninin təqdim olunması mərasimi keçirilib. Nazir Elmar Məmmədyarov Senat tərəfindən təqdim olunan bu yüksək mükafata görə təşəkkürünü bildirib və Azərbaycanla Kolumbiya arasında müxtəlif sahələrdə münasibətləri daha da inkişaf etdirmək üçün siyasi iradənin mövcud olduğunu qeyd edib. Parlament diplomatiyasının ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını bildirən Elmar Məmmədyarov iki ölkə arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 397
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30