Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Elmar Qasımov: “Bakı Ali Neft Məktəbi rəqabət yaradacaq”
25.07.12 19:18

Bakı Ali Neft Məktəbində (BANM) bu il Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin keçirdiyi test imtahanında yüksək bal toplamış 100 abituriyent təhsil alacaq. “KƏLAMİNFO”nun məlumatına görə, bunu adıçəkilən məktəbin fəaliyyətinin təşkili ilə bağlı keçirdiyi mətbuat konfransında məktəbin rektoru Elmar Qasımov deyib. Onun sözlərinə görə, BANM-da təhsil pulsuz həyata keçiriləcək: “Hələlik məktəbdə iki - neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları tədris olunacaq. Sonrakı mərhələdə mühəndisliyin digər ixtisasları üzrə də kadrlar hazırlanacaq”. Məktəbin yaranma zərurətindən danışan rektor bildirib ki, ARDNŞ-nin fəaliyyəti ölkənin hüdudlarından kənarda genişlənir və o, artıq transmilli şirkətə çevrilir: “Azərbaycanda böyük neft-kimya kompleksi, karbamid zavodu tikilir, eyni zamanda ARDNŞ xarici ölkələrdə neft-kimya sahəsində böyük layihələr reallaşdırır. Bu baxımdan müasir biliklərə yiyələnmiş, ingilis dilli mühəndis kadrlara böyük ehtiyac yaranıb. Məktəbimiz Böyük Britaniyanın Heriot-Vatt universiteti ilə əməkdaşlıq qurub və məzunlarımıza iki diplom veriləcək. Bakı Ali Neft Məktəbində tədris ingiliscə aparılacaq. Tədris proqramının 30 faizini praktika təşkil edəcək. Hər bir tələbəyə peşə təhsili veriləcək. Məktəbimizdə təhsil alan hər bir tələbə fərdi kompyuterlə təmin olunacaq. Təhsilin keyfiyyətini təmin etmək üçün hər 10 tələbəyə 1 müəllim dərc keçəcək”. E.Qasımov qeyd edib ki, BANM-da təhsil alan hər bir tələbə üçün 100 manat təqaüd nəzərdə tutulub. Bundan əlavə, tələbələrə adlı təqaüdlər də veriləcək. BANM məzunları ARDNŞ-də işlə təmin olunacaq. Gələcəkdə məktəbdə magistratura təhsilinin verilməsi də nəzərdə tutulub. Jurnalistlərin sualını cavablandırarkən rektor bildirib ki, BANM Dövlət Neft Akademiyasının fəaliyyətinə heç bir maneçilik yaratmayacaq: “Əksinə, rəqabət mühiti yaradacağıq və bu halda da təbii ki, hər iki ali təhsil müəssisəsində təhsilin keyfiyyəti yüksələcək”. Qeyd edək ki, bu il sentyabrın 15-də BANM-ın açılışı olacaq.
URL / WWW
http://kelam.az/article/a-6780.html