Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Elmar Qasımov: “Bakı Ali Neft Məktəbi rəqabət yaradacaq”
    Bakı Ali Neft Məktəbində (BANM) bu il Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin keçirdiyi test imtahanında yüksək bal toplamış 100 abituriyent təhsil alacaq. “KƏLAMİNFO”nun məlumatına görə, bunu adıçəkilən məktəbin fəaliyyətinin təşkili ilə bağlı keçirdiyi mətbuat konfransında məktəbin rektoru Elmar Qasımov deyib. Onun sözlərinə görə, BANM-da təhsil pulsuz həyata keçiriləcək: “Hələlik məktəbdə iki - neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları tədris olunacaq. Sonrakı mərhələdə mühəndisliyin digər ixtisasları üzrə də kadrlar hazırlanacaq”. Məktəbin yaranma zərurətindən danışan rektor bildirib ki, ARDNŞ-nin fəaliyyəti ölkənin hüdudlarından kənarda genişlənir və o, artıq transmilli şirkətə çevrilir: “Azərbaycanda böyük neft-kimya kompleksi, karbamid zavodu tikilir, eyni zamanda ARDNŞ xarici ölkələrdə neft-kimya sahəsində böyük layihələr reallaşdırır.

    Bu baxımdan müasir biliklərə yiyələnmiş, ingilis dilli mühəndis kadrlara böyük ehtiyac yaranıb. Məktəbimiz Böyük Britaniyanın Heriot-Vatt universiteti ilə əməkdaşlıq qurub və məzunlarımıza iki diplom veriləcək. Bakı Ali Neft Məktəbində tədris ingiliscə aparılacaq. Tədris proqramının 30 faizini praktika təşkil edəcək. Hər bir tələbəyə peşə təhsili veriləcək. Məktəbimizdə təhsil alan hər bir tələbə fərdi kompyuterlə təmin olunacaq. Təhsilin keyfiyyətini təmin etmək üçün hər 10 tələbəyə 1 müəllim dərc keçəcək”. E.Qasımov qeyd edib ki, BANM-da təhsil alan hər bir tələbə üçün 100 manat təqaüd nəzərdə tutulub. Bundan əlavə, tələbələrə adlı təqaüdlər də veriləcək. BANM məzunları ARDNŞ-də işlə təmin olunacaq. Gələcəkdə məktəbdə magistratura təhsilinin verilməsi də nəzərdə tutulub. Jurnalistlərin sualını cavablandırarkən rektor bildirib ki, BANM Dövlət Neft Akademiyasının fəaliyyətinə heç bir maneçilik yaratmayacaq: “Əksinə, rəqabət mühiti yaradacağıq və bu halda da təbii ki, hər iki ali təhsil müəssisəsində təhsilin keyfiyyəti yüksələcək”. Qeyd edək ki, bu il sentyabrın 15-də BANM-ın açılışı olacaq.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 513
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30