Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Strateji Araşdırmalar Mərkəzi yarım illik hesabatını açıqlayıb
25.07.12 01:26

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2012-ci ilin ilk altı ayı ərzindəki fəaliyyətinə dair hesabatını açıqlayıb. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, ilin ilk 6 ayı ərzində bir neçə kitab layihələri üzərində iş yekunlaşıb. Yanvar-iyun aylarında SAM tərəfindən Azərbaycanda və xaricdə 18 müxtəlif tədbir təşkil edilib. Hesabat dövründə həyata keçirilən bir neçə elmi-tədqiqat layihəsi başa çatdırılıb. Bunlar “Azərbaycanda orta sinif: sosial-iqtisadi və siyasi aspektlər” və "Azərbaycanda siyasi partiya və hərəkatlarda gənclərin ictimai-siyasi fəallığı və təşkilatlanma səviyyəsi" mövzularında keçirilən sosioloji sorğular olub. Bu ilin ilk altı ayı ərzində SAM əməkdaşları tərəfindən 55 qapalı xarakter daşıyan arayış və eləcə də hesabatlar hazırlanıb, xarici ölkələrin və Azərbaycanın elmi jurnallarında, mətbuatında və elektron mediasında 127 məqalə çap edilib və 10 müsahibə verilib.Bu dövrdə beynəlxalq əməkdaşlıq çərçivəsində 9 beyin mərkəzi ilə memorandum və sazişlər imzalanıb. Bu mərkəzlər arasında Stratfor (ABŞ), Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu, Tacikistan Respublikasının Prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzi, İslamabad Siyasi Araşdırmalar İnstitutu (Pakistan), Strateji Araşdırmalar üzrə Milli İnstitut (Qırğızıstan), Helsinki Universitetinin Aleksanteri İnstitutu, Fransanın Beynəlxalq Münasibətlər İnstitutu, Ukrayna Prezidenti yanında Milli Strateji Tədqiqatlar İnstitutu, Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondu var. Altı ayda SAM-ın əməkdaşları Rusiya,, Türkiyə, Fransa, Böyük Britaniya, Ukrayna, Moldova, Qazaxıstan, ABŞ, Polşa, Gürcüstan, İsrail, Yunanıstan, Bolqarıstan, Niderland, Avstriya, BƏƏ-də 52 dəfə xarici ezamiyyətlərdə olublar. Bütün bu ezamiyyətlər dövründə SAM-ın əməkdaşları müxtəlif konfrans və tədbirlərdə məruzəçi kimi çıxış edib, işgüzar görüşlərə qatılmaqla SAM-ı təmsil ediblər. Hesabat dövründə SAM-ın iqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin baş elmi işçisi Vüsal Qasımlının “Valyutamagedon: beynəlxalq maliyyə arxitekturasının məhək daşı” adlı analitik məqaləsi “G-Global platformasının ən yaxşı məqaləsi” nominasiyasında üçüncü yer tutaraq, Fəxri Prezidenti Qazaxıstanın rəhbəri Nursultan Nazarbayev olan Avrasiya Alimlərinin İqtisadi Klubunun diplomu və 250 min təngə məbləğində pul mükafatına layiq görülüb. SAM ekspertinin məqaləsi yeni dünya maliyyə sistemi və vahid dünya valyutasının yaranması işinə töhfə kimi qəbul edilib və məqalədəki tezislər də nəzərə alınmaqla hazırlanan yol xəritəsi “Böyük 20-lik ölkələri”nə təqdim edilib.
URL / WWW
http://kelam.az/article/a-6764.html