Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Strateji Araşdırmalar Mərkəzi yarım illik hesabatını açıqlayıb
    Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2012-ci ilin ilk altı ayı ərzindəki fəaliyyətinə dair hesabatını açıqlayıb. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, ilin ilk 6 ayı ərzində bir neçə kitab layihələri üzərində iş yekunlaşıb. Yanvar-iyun aylarında SAM tərəfindən Azərbaycanda və xaricdə 18 müxtəlif tədbir təşkil edilib. Hesabat dövründə həyata keçirilən bir neçə elmi-tədqiqat layihəsi başa çatdırılıb. Bunlar “Azərbaycanda orta sinif: sosial-iqtisadi və siyasi aspektlər” və "Azərbaycanda siyasi partiya və hərəkatlarda gənclərin ictimai-siyasi fəallığı və təşkilatlanma səviyyəsi" mövzularında keçirilən sosioloji sorğular olub. Bu ilin ilk altı ayı ərzində SAM əməkdaşları tərəfindən 55 qapalı xarakter daşıyan arayış və eləcə də hesabatlar hazırlanıb, xarici ölkələrin və Azərbaycanın elmi jurnallarında, mətbuatında və elektron mediasında 127 məqalə çap edilib və 10 müsahibə verilib.

    Bu dövrdə beynəlxalq əməkdaşlıq çərçivəsində 9 beyin mərkəzi ilə memorandum və sazişlər imzalanıb. Bu mərkəzlər arasında Stratfor (ABŞ), Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu, Tacikistan Respublikasının Prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzi, İslamabad Siyasi Araşdırmalar İnstitutu (Pakistan), Strateji Araşdırmalar üzrə Milli İnstitut (Qırğızıstan), Helsinki Universitetinin Aleksanteri İnstitutu, Fransanın Beynəlxalq Münasibətlər İnstitutu, Ukrayna Prezidenti yanında Milli Strateji Tədqiqatlar İnstitutu, Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondu var. Altı ayda SAM-ın əməkdaşları Rusiya,, Türkiyə, Fransa, Böyük Britaniya, Ukrayna, Moldova, Qazaxıstan, ABŞ, Polşa, Gürcüstan, İsrail, Yunanıstan, Bolqarıstan, Niderland, Avstriya, BƏƏ-də 52 dəfə xarici ezamiyyətlərdə olublar. Bütün bu ezamiyyətlər dövründə SAM-ın əməkdaşları müxtəlif konfrans və tədbirlərdə məruzəçi kimi çıxış edib, işgüzar görüşlərə qatılmaqla SAM-ı təmsil ediblər. Hesabat dövründə SAM-ın iqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin baş elmi işçisi Vüsal Qasımlının “Valyutamagedon: beynəlxalq maliyyə arxitekturasının məhək daşı” adlı analitik məqaləsi “G-Global platformasının ən yaxşı məqaləsi” nominasiyasında üçüncü yer tutaraq, Fəxri Prezidenti Qazaxıstanın rəhbəri Nursultan Nazarbayev olan Avrasiya Alimlərinin İqtisadi Klubunun diplomu və 250 min təngə məbləğində pul mükafatına layiq görülüb. SAM ekspertinin məqaləsi yeni dünya maliyyə sistemi və vahid dünya valyutasının yaranması işinə töhfə kimi qəbul edilib və məqalədəki tezislər də nəzərə alınmaqla hazırlanan yol xəritəsi “Böyük 20-lik ölkələri”nə təqdim edilib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 425
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30