Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Misir Mərdanov: Əcnəbilərin Azərbaycanda ali təhsil alması üzərində düşünməyə ehtiyac var
04.07.12 19:37

Hazırda “2007-2015-ci illərdə azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 23 ölkənin 200-dən çox universitetində 825 nəfər azərbaycanlı gənc təhsil alır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov verib.
Təhsil Nazirliyində İtaliya və Litvaya səfəri, həmçinin azərbaycanlıların xaricdə, eyni zamanda əcnəbilərin ölkəmizdə təhsilinə həsr olunan təqdimatda nazir deyib ki, azərbaycanlı tələbələr əsasən Türkiyə, Almaniya, Kanada, Rusiya və digər ölkələrdə təhsil alır. Nazir xatırladıb ki, ötən tədris ilində xaricdə təhsil alan azərbaycanlı gənclərin 35 faizi tibb üzrə təhsil alır. O, təəssüflə vurğulayıb ki, fizika, kimya və digər sahələr üzrə təhsil alanlar azlıq təşkil edir. Bu məsələ ilə bağlı düşünməyin vacibliyinə toxunan nazirin sözlərinə görə, yaxşı olar ki, ali məktəbdə təhsil alan tələbələr, yaxud doktorantlar da  bu proqrama qoşulsun, ancaq iştirak tələblər ödənilməklə həyata keçirilə bilər. Nazir həmçinin bildirib ki, AMEA da xaricdə təhsil Dövlət Proqramında iştirak edə bilər. M.Mərdanov onu da diqqətə çatdırıb ki, xaricdə təhsil proqramından başqa, hazırda dövlət xətti ilə xaricdə təhsil alanların sayı 702 nəfərdir. Onun sözlərinə görə, bu, dövlət proqramına əlavə xətt vasitəsilə həyata keçirilir. Əcnəbilərin ölkəmizdə təhsilinə toxunan nazir qeyd edib ki, Azərbaycanda 7150 əcnəbi təhsil alır. Bu rəqəmin çox aşağı olduğunu diqqətə çatdıran M.Mərdanov əcnəbilərin Azərbaycanın ali təhsil ocaqlarına cəlb edilməsi üzərində düşünməyə ehtiyac olduğunu vurğulayıb. Onların  Azərbaycana maraq göstərməməsinin əsas səbəblərindən birinin yataqxana problemi olduğunu da xatırladan nazir  bu problemin aradan qaldırılması üçün ölkə  prezidentinin müvafiq sərəncamı olduğunu qeyd edib. M.Mərdanov bunu Azərbaycanda təhsil haqqının yüksək olması ilə bağlayan fikirlərlə razı olmadığını da diqqətə çatdırıb. “Mən bununla razı deyiləm. Azərbaycanda təhsil haqqı digər ölkələrdən artıq deyil”.
Nazir Azərbaycanda təhsil almaqda az maraqlı olan ölkələrin də adını açıqlayıb. Bunlar Macarıstan, Polşa, Litva, Estoniya, Cənubi Koreya, Yaponiya, Sinqapur, Malayziyadır.
2012-2013-cü tədris ili üçün xaricdə təhsillə bağlı sənəd qəbulunun başladığını diqqətə çatdıran nazir bildirib ki, Azərbaycan gənclərinin 19-u İKT üzrə, 15-i tibb təhsili üzrə sənəd verib. Nazir aqrar, kənd təsərrüfatı və ölkəmiz üçün vacib digər bəzi ixtisaslar üzrə sənəd verənlərin sayının çox az olduğunu qeyd edib. O, bu məsələ ilə bağlı maarifləndirmə işinin aparılmasının vacibliyini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-6686.html