Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Misir Mərdanov: Əcnəbilərin Azərbaycanda ali təhsil alması üzərində düşünməyə ehtiyac var
    Hazırda “2007-2015-ci illərdə azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 23 ölkənin 200-dən çox universitetində 825 nəfər azərbaycanlı gənc təhsil alır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov verib.
    Təhsil Nazirliyində İtaliya və Litvaya səfəri, həmçinin azərbaycanlıların xaricdə, eyni zamanda əcnəbilərin ölkəmizdə təhsilinə həsr olunan təqdimatda nazir deyib ki, azərbaycanlı tələbələr əsasən Türkiyə, Almaniya, Kanada, Rusiya və digər ölkələrdə təhsil alır. Nazir xatırladıb ki, ötən tədris ilində xaricdə təhsil alan azərbaycanlı gənclərin 35 faizi tibb üzrə təhsil alır.

    O, təəssüflə vurğulayıb ki, fizika, kimya və digər sahələr üzrə təhsil alanlar azlıq təşkil edir. Bu məsələ ilə bağlı düşünməyin vacibliyinə toxunan nazirin sözlərinə görə, yaxşı olar ki, ali məktəbdə təhsil alan tələbələr, yaxud doktorantlar da  bu proqrama qoşulsun, ancaq iştirak tələblər ödənilməklə həyata keçirilə bilər. Nazir həmçinin bildirib ki, AMEA da xaricdə təhsil Dövlət Proqramında iştirak edə bilər. M.Mərdanov onu da diqqətə çatdırıb ki, xaricdə təhsil proqramından başqa, hazırda dövlət xətti ilə xaricdə təhsil alanların sayı 702 nəfərdir. Onun sözlərinə görə, bu, dövlət proqramına əlavə xətt vasitəsilə həyata keçirilir. Əcnəbilərin ölkəmizdə təhsilinə toxunan nazir qeyd edib ki, Azərbaycanda 7150 əcnəbi təhsil alır. Bu rəqəmin çox aşağı olduğunu diqqətə çatdıran M.Mərdanov əcnəbilərin Azərbaycanın ali təhsil ocaqlarına cəlb edilməsi üzərində düşünməyə ehtiyac olduğunu vurğulayıb. Onların  Azərbaycana maraq göstərməməsinin əsas səbəblərindən birinin yataqxana problemi olduğunu da xatırladan nazir  bu problemin aradan qaldırılması üçün ölkə  prezidentinin müvafiq sərəncamı olduğunu qeyd edib. M.Mərdanov bunu Azərbaycanda təhsil haqqının yüksək olması ilə bağlayan fikirlərlə razı olmadığını da diqqətə çatdırıb. “Mən bununla razı deyiləm. Azərbaycanda təhsil haqqı digər ölkələrdən artıq deyil”.
    Nazir Azərbaycanda təhsil almaqda az maraqlı olan ölkələrin də adını açıqlayıb. Bunlar Macarıstan, Polşa, Litva, Estoniya, Cənubi Koreya, Yaponiya, Sinqapur, Malayziyadır.
    2012-2013-cü tədris ili üçün xaricdə təhsillə bağlı sənəd qəbulunun başladığını diqqətə çatdıran nazir bildirib ki, Azərbaycan gənclərinin 19-u İKT üzrə, 15-i tibb təhsili üzrə sənəd verib. Nazir aqrar, kənd təsərrüfatı və ölkəmiz üçün vacib digər bəzi ixtisaslar üzrə sənəd verənlərin sayının çox az olduğunu qeyd edib. O, bu məsələ ilə bağlı maarifləndirmə işinin aparılmasının vacibliyini vurğulayıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 396
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30