Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Uşaq cərrahı Qafar Cəfərov: “Azərbaycanda 3 ildə 2 min 56 uşaq ölüb”
05.07.12 02:37

Ölkə başçısının “İctimai nəzarət gücləndirilməlidir” bəyanatından sonra yaradılan Sosial Hüquqların Monitorinq Qrupu (SHMQ) bu gün Beynəlxalq Mətbuat Mərkəzində Dəyirmi masa keçirib.

“KƏLAMİNFO” xəbər verir ki, 2011-ci ildə yaranan qurumun indiyədək monitorinqini apardığı dövlət qurumlarından danışılarkən cənub bölgəsi də daxil olmaqla 15 rayonda 2 təhsil və 3 səhiyyə şöbəsində yüksək səviyyədə göstəricilər müşahidə ediblər. SHQH-nın sədri Azad İsgəndərovun sözlərinə görə, monitorinqin nəticələri Saatlı Rayon və Şirvan Şəhər Təhsil Şöbələri, Masallı, Hacıqabul və Şirvanda səhiyyə şöbələrinin yüksək səviyyədə xidmətlərinə görə fərqləndiyini göstərir. A.İsgəndərov dövlət tərəfindən digər sahələrdə olduğu kimi səhiyyə sahəsində də aparılan islahatların əhəmiyyətini vurğulayaraq bildirib ki, bu sahədə bu gün ən yaralı sahə uşaq ölümü sayının gizlədilməsi faktlarıdır. “Azərbaycanda doğulan hər min (1000) uşaqdan 36-sı 5 yaşınadək yaşamır. Bu barədə BMT Uşaq Fondunun (UNİCEF) yeni açıqladığı hesabatda bildirilir. Bu, MDB ölkələri arasında o qədər də yaxşı göstərici deyil. Çünki UNİCEF-in hesablamalarına görə, ölkəmiz uşaq ölümlərinin sayında Rusiya, Belarus, Ukrayna, Moldova, Ermənistan, Qazaxıstan və Gürcüstanı üstələyir. Gürcüstanda bu göstərici 30, Ermənistanda isə 23-dür”.
Uşaqların həkimlərin məsuliyyətsizliyi nəticəsində tələf olduğunu vurğulayan Azad İsgəndərov bildirib ki, 2011-2012-ci illərdə SHMQ-nun apardığı monitorinqin nəticəsində gəlinən qənaət UNİCEF-in rəqəmlərinə yaxındır, yəni 60-70%. Qurum sədri apardığı monitorinqlərin nəticələrini açıqlayarkən bildirib ki, heç bir uşağın ölümü barədə doğum evindən hər hansı sənəd ala bilmirlər. Həkimlərin səriştəsizliyini və məsuliyyətsizliyini bu ölümlərin səbəbi kimi yenidən vurğulayan A.İsgəndərov “bütün bu cinayətlərə məsuliyyət daşıyan, xalq arasında “OMD” kimi tanınan Pediatriya İnstitutunun Baş həkimi, ölkənin Baş pediatrı Nəsib Quliyevdir” fikrini səsləndirib.
Daha acınacaqlı rəqəmlər isə K.Fərəcov adına Elmi Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Qafar Cəfərovun dilindən səslənib: “2007-ci ildə 3398 xəstə daxil olub, onlardan 652 nəfəri ölüb, 537 xəstədən isə iltizamnamələr alınaraq evə buraxılıb. 2008-ci ildə 3239 xəstə daxil olub, onlardan 704 xəstə ölüb, 542 xəstədən iltizamnamə alınaraq evə buraxılıb, 2009-cu ildə 3239 xəstə daxil olub, onlardan 700-ü ölüb, 452 xəstədən isə iltizamnamə alınaraq evə buraxılıb”.
Q.Cəfərov həkimlərin xəstələri iltizamnamə ilə buraxılmasının da qeyri-qanuni olduğunu, həkimlərin növbəti cinayəti hesab etdiyini və dünyanın heç bir ölkəsində iltizamnamə ilə xəstəni evə buraxma hallarının baş vermədiyini bildirib. Uşaq cərrahının sözlərinə görə, Səhiyyə Nazirliyində ana ölümü ilə əlaqədar müzakirələr aparılıb və nəticədə 70 nəfər cəzalandırılıb, 15 nəfər isə işdən qovulub.
Qeyd edək ki, Azərbaycan “Uşaqları xilas edək – 2015” Beynəlxalq Proqramına qoşulub. Proqramın məqsədi 2015-ci ilə qədər Azərbaycanda doğulub ölən uşaqların sayının 3 dəfə azalmasına nail olmaqdır. Bu məqsədlə ölkənin 7 regionunda Perinatal Mərkəz yaradılıb.
URL / WWW
http://kelam.az/article/a-6683.html