Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Uşaq cərrahı Qafar Cəfərov: “Azərbaycanda 3 ildə 2 min 56 uşaq ölüb”
    Ölkə başçısının “İctimai nəzarət gücləndirilməlidir” bəyanatından sonra yaradılan Sosial Hüquqların Monitorinq Qrupu (SHMQ) bu gün Beynəlxalq Mətbuat Mərkəzində Dəyirmi masa keçirib.

    “KƏLAMİNFO” xəbər verir ki, 2011-ci ildə yaranan qurumun indiyədək monitorinqini apardığı dövlət qurumlarından danışılarkən cənub bölgəsi də daxil olmaqla 15 rayonda 2 təhsil və 3 səhiyyə şöbəsində yüksək səviyyədə göstəricilər müşahidə ediblər. SHQH-nın sədri Azad İsgəndərovun sözlərinə görə, monitorinqin nəticələri Saatlı Rayon və Şirvan Şəhər Təhsil Şöbələri, Masallı, Hacıqabul və Şirvanda səhiyyə şöbələrinin yüksək səviyyədə xidmətlərinə görə fərqləndiyini göstərir. A.İsgəndərov dövlət tərəfindən digər sahələrdə olduğu kimi səhiyyə sahəsində də aparılan islahatların əhəmiyyətini vurğulayaraq bildirib ki, bu sahədə bu gün ən yaralı sahə uşaq ölümü sayının gizlədilməsi faktlarıdır.

    “Azərbaycanda doğulan hər min (1000) uşaqdan 36-sı 5 yaşınadək yaşamır. Bu barədə BMT Uşaq Fondunun (UNİCEF) yeni açıqladığı hesabatda bildirilir. Bu, MDB ölkələri arasında o qədər də yaxşı göstərici deyil. Çünki UNİCEF-in hesablamalarına görə, ölkəmiz uşaq ölümlərinin sayında Rusiya, Belarus, Ukrayna, Moldova, Ermənistan, Qazaxıstan və Gürcüstanı üstələyir. Gürcüstanda bu göstərici 30, Ermənistanda isə 23-dür”.
    Uşaqların həkimlərin məsuliyyətsizliyi nəticəsində tələf olduğunu vurğulayan Azad İsgəndərov bildirib ki, 2011-2012-ci illərdə SHMQ-nun apardığı monitorinqin nəticəsində gəlinən qənaət UNİCEF-in rəqəmlərinə yaxındır, yəni 60-70%. Qurum sədri apardığı monitorinqlərin nəticələrini açıqlayarkən bildirib ki, heç bir uşağın ölümü barədə doğum evindən hər hansı sənəd ala bilmirlər. Həkimlərin səriştəsizliyini və məsuliyyətsizliyini bu ölümlərin səbəbi kimi yenidən vurğulayan A.İsgəndərov “bütün bu cinayətlərə məsuliyyət daşıyan, xalq arasında “OMD” kimi tanınan Pediatriya İnstitutunun Baş həkimi, ölkənin Baş pediatrı Nəsib Quliyevdir” fikrini səsləndirib.
    Daha acınacaqlı rəqəmlər isə K.Fərəcov adına Elmi Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Qafar Cəfərovun dilindən səslənib: “2007-ci ildə 3398 xəstə daxil olub, onlardan 652 nəfəri ölüb, 537 xəstədən isə iltizamnamələr alınaraq evə buraxılıb. 2008-ci ildə 3239 xəstə daxil olub, onlardan 704 xəstə ölüb, 542 xəstədən iltizamnamə alınaraq evə buraxılıb, 2009-cu ildə 3239 xəstə daxil olub, onlardan 700-ü ölüb, 452 xəstədən isə iltizamnamə alınaraq evə buraxılıb”.
    Q.Cəfərov həkimlərin xəstələri iltizamnamə ilə buraxılmasının da qeyri-qanuni olduğunu, həkimlərin növbəti cinayəti hesab etdiyini və dünyanın heç bir ölkəsində iltizamnamə ilə xəstəni evə buraxma hallarının baş vermədiyini bildirib. Uşaq cərrahının sözlərinə görə, Səhiyyə Nazirliyində ana ölümü ilə əlaqədar müzakirələr aparılıb və nəticədə 70 nəfər cəzalandırılıb, 15 nəfər isə işdən qovulub.
    Qeyd edək ki, Azərbaycan “Uşaqları xilas edək – 2015” Beynəlxalq Proqramına qoşulub. Proqramın məqsədi 2015-ci ilə qədər Azərbaycanda doğulub ölən uşaqların sayının 3 dəfə azalmasına nail olmaqdır. Bu məqsədlə ölkənin 7 regionunda Perinatal Mərkəz yaradılıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 412
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30