Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » ASK ilə Azərbaycan Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
27.01.10 20:04

Sabah Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Azərbaycan Universiteti (AU) arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya ASK-dan veriblər. Bu müqavilə Azərbaycanda bizneslə təhsilin maraqlarının uzlaşdırılması, rəqabət qabiliyyətli milli kadrların yetişdirilməsi naminə yeni tərəfdaşlıq mühitinin formalaşdırılmasına töhfələr verməsi, müasir elmi-texniki nailiyyətlərin sahibkarlığımızın inkişafına yönəldilməsi, sahibkarlıq subyektlərinin maarifləndirilməsi, təkmilləşdirilməsi və inkişafına kömək göstərilməsi məqsədi daşıyır. Müqaviləni Sahibkarlar Təşkilatları Milli Konfederasiyası tərəfindən ASK-nın prezidenti Məmməd Musayev, Azərbaycan Universiteti tərəfindən isə universitetin rektoru Akif Musayev imzalayacaqlar.
URL / WWW
http://kelam.az/article/a-668.html