ASK ilə Azərbaycan Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
Sabah Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Azərbaycan Universiteti (AU) arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya ASK-dan veriblər.
Bu müqavilə Azərbaycanda bizneslə təhsilin maraqlarının uzlaşdırılması, rəqabət qabiliyyətli milli kadrların yetişdirilməsi naminə yeni tərəfdaşlıq mühitinin formalaşdırılmasına töhfələr verməsi, müasir elmi-texniki nailiyyətlərin sahibkarlığımızın inkişafına yönəldilməsi, sahibkarlıq subyektlərinin maarifləndirilməsi, təkmilləşdirilməsi və inkişafına kömək göstərilməsi məqsədi daşıyır.
Müqaviləni Sahibkarlar Təşkilatları Milli Konfederasiyası tərəfindən ASK-nın prezidenti Məmməd Musayev, Azərbaycan Universiteti tərəfindən isə universitetin rektoru Akif Musayev imzalayacaqlar.