Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsildə İKT-nin tətbiqi müzakirə edilib
03.07.12 19:49

AMEA İnformasiya Texnologiyaları İnstitutunda təhsilin informasiyalaşdırılması üzrə beynəlxalq ekspert, fizika-riyaziyyat elmləri namizədi Sayyora Raxmankulova ilə görüş keçirilib. Məlumatı “KƏLAMİNFO”ya İnformasiya Texnologiyaları İnstitutundan veriblər. Görüşdə Təhsilin İnformasiyalaşdırılması Resurs Mərkəzi və məktəblilərdən ibarət informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri, fizika-riyaziyyat elmləri namizədi, dosent Ramin Mahmudzadə, Təhsil Nazirliyinin “Təhsilin idarəolunmasının məlumat sistemləri” şöbəsinin müdiri İsmayıl Sadıqov və müvafiq sahə üzrə digər mütəxəssislər iştirak ediblər. Görüşdə müəllimlərin peşəkar səviyyəsinin yüksəldilməsində İKT-nin tətbiqi ilə yeni biliklərin əldə olunmasının əhəmiyyətindən söhbət açılıb, təkcə müəllimlərdə deyil, həm də gənc kadrlarda İKT bilik və bacarıqların, təfəkkür və dünyagörüşünün formalaşmasının mühüm şərtlərdən olduğu qeyd edilib. Təhsildə İKT-nin tətbiqi, informatika fənni üzrə kurrikulum proqramının məqsədi, vəzifələri və perspektivləri müzakirə olunub. Azərbaycanda təhsilin informasiyalaşdırılması ilə bağlı görülən işləri yüksək qiymətləndirən qonaq informatika fənni üzrə kurrikulumla bağlı apardığı araşdırmalar zamanı əldə etdiyi nəticələri diqqətə çatdırıb, dünya təcrübəsindən nümunələr gətirib. Kurrikulum proqramı üzrə keçirilən dərslərin uşaqların dünyagörüşünün inkişaf etməsinə və məntiqi bacarığının artmasına birbaşa təsir etdiyini vurğulayıb. “Öyrədənin öyrədəni” devizi ilə Azərbaycanda təşkil olunan seminarlara münasibət bildirən qonaq qeyd edib ki, müəllimlərin fəaliyyət dairəsinə yalnız müəllimlərin hazırlığına dəstək deyil, valideynlərlə iş, cəmiyyətin maarifləndirilməsi, cəmiyyətlə məktəbin, ailə ilə müəllimin əməkdaşlığının təşkil edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də daxildir. Görüşdə fənlərin məzmununun daim təkmilləşdirilməsi, təlim texnologiyalarının çevikliyi və interaktivliyinin təmin olunması, nəticəyönümlü fənn kurrikulumlarının hazırlanıb tətbiq olunması, və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-6669.html